"Qarabağ münaqişəsi BMT-nin nəzarətinə keçməlidir"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqları BMT-nin nəzarəti ilə aparılmalıdır.
Miq.az AzərTac-a istinadən xəbər verir ki, bu fikri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Cabir Ənsari deyib.
O qeyd edib ki, İran iki yaxın qonşusunun münaqişə vəziyyətində olmasından ciddi narahatdır.
Mətbuat katibi bütün vasitələrdən istifadə edilməklə sabitliyin bərpa edilməsinin, vəziyyətin daha da gərginləşdirilməməsinin zəruriliyini bildirib.
Miq.az