"Qarabağ üçün bir yol var - Azərbaycan Rusiyaya birləşməlidir"


Jirinovski müharibənin bitmə şərtini açıqladı

"Qarabağ probleminin bir həlli var -  Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə daxil olmalıdır". Rusiya prezidentliyinə namizəd, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə sərsəm bəyanata səsləndirib. İstiPress-in məlumatına görə, o "Hər şey Rusiya üçün" nəşrinə müsahibəsində belə deyib. 

Onun sözlərinə görə, Qarabağ problemi önəmlidir. Bu qayanar nöqtə artıq 30 ildir tüstülənir. "Təəssüf ki, bu, postsovet məkanında millətlərarası münaqişənin müharibəyə səbəb olduğu yeganə region deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri - hər yerdə bənzər problemlər var". Jirinovskinin fikrincə, münaqişənin yeganə yolu var. Milli sərhədlərin saxlanılması şərtilə Rusiya ilə federasiya şəklində birləşmə.

"Mən bütün keçmiş SSRİ ölkələri haqda danışıram. Əlbəttə, yalnız könüllü əsasda, referendumlar vasitəsilə. Biz ancaq yalnız vahid dövlət çərçivəsində problemlərlə mübarizə apara bilərik. Bu halda incikliklər üçün əsaslar olmayacaq ki, kimsə başqasının torpağını tutdu –  hər şey ümumi olacaq".

Prezidentliyə namizədin fikrincə, Azərbaycana Avropadan daha çox Rusiya ilə əməkdaşlıq etmək əlverişlidir. O, belə ittifaq çərçivəsində Rusiyada istehsalı çətin olan bütün cənub məhsullarını almağa da hazır olduğunu deyib. Əvəzində isə şimal qonşumuz özünün hərbi və texnologiyasını, enerjisini təklif edə bilər.  Jirinovskinin sözlərinə görə, Rusiya federasiyası Asiya, Qafqaz və Avropa arasında birbaşa körpüdür. 

"Rusiyada milyonlarla azərbaycanlı çalışır. Moskva hər zaman Bakının siyaəstini dəstəkləyib, ağır zamanlarında dəstək olub. Bizim aramızada müdafiə və iqtisadi layihələr var.  Elə hesab edirəm ki, Azərbaycanda bunu anlayırlar. Mən bir necə dəfə Azərbaycanda olmuşam. Əvvəllki və hazırki prezidentlə şəxsən tanışam. Mükəmməl və bizim üçün çox vacib ölkədir". 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az