Qarabağa gələn Ermənistan naziri Sərsəng anbarına forel balıqları da buraxdı...
Xəbər verdiyimiz kimi, qəsbkar Ermənistanın Ətraf Mühit naziri Romanos Petrosyan Azərbaycan dövlətinin icazəsi olmadan Rusiya sülhməramlılarının(?) dəstəyi ilə Laçındakı dövlət sərhədimizi pozaraq Xankəndinə "işgüzar səfərə " gəlib.
Moderator.az xəbər verir ki, Xankəndindəki erməni nəşrlərinin yaydığı məlumata görə, erməni nazir separatçı xunta tör-töküntüsünün "ərazi idarəetmə və infrastruktur naziri” sayılan Hayk Xanumyan adlı məxluqla görüşdən sonra Qarabağın baş separatçısı Araik Arutyunyanla da görüşüb.
Ermənistan nazirinin "Qarabağ səfərinin gündəliyində duran əsas məsələlərdən biri kimi” onun Sərsəng su anbarını ziyarət etməsi göstərilib.
Belə ki, məlumata görə, R.Petrosyan separatçı "nazir” Hayk Xanumyanla birgə Azərbaycan Respublikasının bu strateji su anbarına nadir forel balıqlarının ilk partiyasını buraxıb...
Sultan Laçın