Bozoyanın fikrincə, bu gün erməni cəmiyyəti münaqişənin həllinə hazır deyil, amma müharibə də istəmir.
Ekspert danışıqlar prosesinin dayandırılmasında Ermənistan hakimiyyətinin rolunu təsdiq edib. Bildirib ki, baş nazir Nikol Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə” bəyanatını və Azərbaycan prezidenti İlham Əliyevin ona cavab olaraq Soçidə "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını standart hesab etmək olmaz. Onun sözlərinə görə, indi Paşinyan beynəlxalq ictimaiyyəti əmin etməyə çalışır ki, həmin bəyanat daxili auditoriyaya hesablanmışdı.
Bozoyan hesab edir ki, danışıqlar prosesinin dayandırılması Bakıya hərbi əməliyyatlara başlamaq üçün mənəvi hüquq qazandıra bilər. Çünki hərbi əməliyyatlara başlamaq üçün təkcə hərbi üstünlüyün olması kifayət deyil, bunun üçün beynəlxalq ictimaiyyətin neytral qalması da vacibdir.
Ekspert əlavə edir ki, Ermənistan hakimiyyəti daxili auditoriyaya ünvanlanmış bəyanatlar verməli deyil, çünki belə bəyanatlar xarici siyasətə zərbə vurur.