“Qarabağın qaytarılmasında Bakı Moskva ilə razılığa gəlib”

“Qarabağın qaytarılmasında Bakı Moskva ilə razılığa gəlib”
 "Azərbaycanın Qarabağın qaytarılması üçün Rusiya ilə sövdələşməyə getməsi mümkündür”.
Vətəninfo.az  Publika.az-a istinadən xəbər veriri ki, bu barədə "Karnegi” fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall bu gün fondun keçirdiyi "Ermənistan – Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında gərginliyin yeni mərhələsi” adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağa daxil olması əvəzində Moskva ətraf rayonları Bakıya qaytara bilər: "Son zamanlar Bakı ilə Moskvanın  xüsusi yaxınlaşması müşahidə olunur. Lakin qeyd etmək lazımdır ki, sülhməramlılar bölgəyə daxil olarsa, onun tərkibində yalnız rus hərbçiləri deyil, digər həmsədr ölkələr olan ABŞ və Fransanın da hərbçiləri yer alacaq. Sadəcə olaraq, Rusiya bu prosesdə əsas gücə malik olacaq” 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az