Qaradağda qaz xəttində partlayış baş verdi

Qaradağda qaz xəttində partlayış baş verdi

Hazırda sözügedən ərazidə güclü yanğının olduğu bildirilir

Bakının Qaradağ rayonunda növbəti dəfə qaz xəttində partlayış olub.

Miq.Az-ın hadisə yerindən əldə etdiyi məlumata görə, partlayış Səngəçal qəsəbəsində baş verib: "Hadisə saat 20:40-da baş verib. Qəza ötən dəfə baş verən yerə yaxın ərazidədir".

Hazırda sözügedən ərazidə güclü yanğının olduğu bildirilir.

Qeyd edək ki, dekabrın 27-də Səngəçalda "Qazıməmməd” qaz kəməri partlamışdı.

Bu saata aldığımız məlumata görə, hazırda yanğın söndürülmək üzrədir. 
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az