Qaragüruhun rəzaləti

Qaragüruhun rəzaləti

Etibar Hüseynov-Millət vəkili

Əslində hamiya elə gəlirdi ki, seçkilər yaxınlaşdiqca radikal müxalifət düşərgəsində uzun müddətdən bəri davam edən umu-küsülər bir  kənara qoyulacaq və nəhayət ki, hansisa formatda birlik yaranacaq. Amma baş verənlərə diqqət yetirdikdə bütün bunlarin əksini müşahidə edirik. Hər gün yeni bir parcalanma, istefa, qovulma xəbərləri gündəmə gəlməkdə davam edir. Bu günlərdə Müsavat məclisinin toplantısında Vurğun Əyyub pariyanın məclis üzvlüyündən kənarlaşdırılıb. Qubad İbadoğlu isə  İsa Qəmbərin sədri olduğu Milli Strateji Düşüncə Mərkəzindən istefa verib. Bir gündə müsavatin az cox üzdə olan, tanınmış iki üzvü partiyaya əlvida dedi. Eyni mənzərə  Əli Kərimlinin Xalq Cəbhəsində  də  müşahidə olunur. Lakin daxildə gedən bu parcalanma, bölünmə azmiş kimi, bu partiyalar arasında qarşılıqlı ittihamlar, umu-küsülər də fasilə vermir. Hətta iş o yerə catıb ki, biri digərinin daxilində baş verən istefa xəbərini öz mətbuat orqanında sevincək şəkildə işıqlandirir, manşetə cixarir və ya  kecirdikləri mitinqlərin uğursuz alınmasına rişxəndlə yanaşmaqdan belə çəkinmirlər. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın radikal müxalifət düşərgəsi qocalıb, taqətdən düşüb, yəni bir siyasi meyitə- impotentə çevrilib. Ancaq buna baxmayaraq hec biri bu isti, gəlirli "tocka"nı əldən vermək fikrində deyil. Niyə də versin ki.. Yəni nə olsun ki, xalq arasinda nüfuz və dəstəkləri yoxdu. Nə olsun ki, siyasi səhnədə hec nəyə nail ola bilmirlər. Əvəzindəsə hec nə etmirsən, hec bir siyasi məsuliyyət daşimırsan. Ağlına və ağzına gələni danişirsan. Və buna görə də hec kəs sənə "gözün üstə qaşin var" deyə bilməz. Deyəndə də hay-küy salirsan, dırnaqarsı siyasi dustaq olursan, məhşurlaşırsan və sonunda qarşına qoyduğun ali məqsədə çatib- xaricə mühacirət edirsən və.s və ilaxir. Necə ki, uzun illərdən bəridir ki, bunlar edirlər. 25 ilə yaxındır ki, heç harada işləmirlər, bir işin qulpundan yapışmayıblar, bir ağac belə əkməyiblər, bir daşı-daş üstə qoymayıblar. Amma hamısının ev-eşiyi, maşını, cangüdəni, sürücüsü, partiyası, qəzeti, saytı, ofisi yerli-yerində, cağbacağ. Övladları xaricdə təhsil alir və orada aldıqları mənzillərdə dəbdəbəli həyat sürürlər. Bir sözlə necə deyərlər qadasin alım belə müxalifətçiliyin. Bundan hansı axmaq könüllü əl cəkər ki.   Ona görə də nə baş verməsindən asili olmayaraq heç nəyə və heç kimə baxmadan fəaliyyətdədirlər. Bütün günü vurnuxur, boş qazan tiqqildadir, könül bulandırırlar.  

Realliqda isə bu tiplər xalqla təmasın çoxdan itdiyinin fərqindədirlər və bunu başa düşməyəcək, anlamayacaq qədər də  avam deyillər. Onlar “sosial” sözünə yaxın təyinatda bir  sosial şəbəkələrin varlığı kimi  hesablaşırlar. Ona görə də iş gücləri facebookda saxta imzalarla guya ki, cəsarətli çixişlar edir, xoruzlanır, özlərinə layk yığır və bununla da özlərinə təsəlli verirlər. Vəssalam. Qınamaq da olmur. Cünki həftə səkkiz, mən doqquz təyin etdikləri mitinqlərə  gələn yoxdu. Bir sünnət toyunun elektoratı qədər adam toplaya bilməyən aksiyaya qoyulacaq, veriləcək tək bir ad varsa, o da rəzalətdir. Əli Kərimli və ətrafında dolaşan siyasi qaragüruhun rəzaləti. O rəzalət ki, kvartalda ən azı 3-4 dəfə nümayişkaranə şəkildə sərgilənir, adına utanmadan “möhtəşəm” deyilir, radikal ünsürlərin media manşetlərində arsız-arsız tirajlanır və hələ bu da azmış kimi, estafet şəklinə salınır. Danişandasa xalqin, millətin adindan danışırlar. Bu  adamlardan soruşan lazım: Hanı o dediyiniz xalq? Hardadır o adını eşidib üzünü bir türlü görə bilmədiyimiz izdiham? 300-500 nəfər kütlə xalqdırsa, o zaman bu 9 milyon kimdir?  Niyə bitdiyinizi, tükəndiyinizi etiraf edəcək qədər cəsarətiniz yoxdur. Bəs bu qədər siyasi toyuq korluğu, fenomenal mazoxizm görəsən hardan qaynaqlanır? Bitmisiniz axı! Etiraf edin. Edin və geri çəkilin. İmkan verin yeni gənc nəsl, yeni müxalifətçilik ənənəsi formalaşsın. Ancaq özlərini karlığa qoyublar.  Əli Kərimli, onun zombi dəstəsi,  bir mandata görə şəxsiyyətini ortalığa qoyan Cəmil Həsənli və onun kimi gündə bir sap dəyişən baltalar hələ də axına qarşı getməkdə israrlıdırlar. Sanki sözü bir yerə qoyub and içiblər ki, son nəfəslərinə qədər siyasi müqəvva statusundan o yana keçməyəcəklər, özlərini qram-qram bitirəcəklər, bu xalqa, bu cəmiyyətə mədhiyyələr oxumağda davam edəcəklər. Hər halda bunu bir tək mən demirəm. Siyasi mənzərə ortadadır. Kor-kor, gör-gör. Dediklərimi bircə faktla sübut edəcəyəm. Bildiyiniz kimi bir müddət əvvəl mühacirətdə olan GürcüstanIn eks- prezidenti Mixail Saakaşvili Tiflisin mərkəzində mitinq təyin elədi. Onun bir cağırışıyla meydana 50 min adam toplaşdı. Bu hələ o halda baş verdi ki, Saakaşvili mitinqə virtual olaraq qoşuldu. Özü iştirak etsəydi təbii ki, bu rəqəm 10 dəfə cox olardı. Amma Əli Kərimli artiq neçənci dəfədir ki, şəhərin mərkəzində icazəli mitinq kecirir, hər dəfə də mitinqin vaxti və yeri haqda nə qədər çağırışlar edirsə də yenə də faydası olmur. Artıq 20 ildən bəri meydanlarda bayraq yelləyən, hamının sifətdən az qala əzbərdən tanıdığı məhşur kütlədən başqa səsinə səs verən olmur ki, olmur..  

 
Buna görə də onlar artıq vədi xalqa deyil, ətraflarında dolaşan, ömrü boyu bir kitab üzü açmayan, xalq siyasətçisi yox, xalq artisti Əli Kərimlinin çıxışlarına çəpik çalmaqdan savayı heç bir işə yaramayan kütləyə verirlər. Hansı ki, həmin kütlə də ara-sıra yenilənir. Yəni bir qrupun başı daşdan-daşa dəyəndən sonra işinin dalınca gedir, əvəzinə başqaları gəlir. Və beləcə, proses uzanır. Kasıbın balası müxtəlif cinayətlərə sövq edilərək həbsxanalara düşür, radikal müxalifətin liderləri isə bunun müqabilində hay-haray salıb ciblərini doldurur, xarici təşkilatlardan qrant, pul-para çırpışdırırlar. Ad da olur siyasi mübarizə. Yəni dediyim odur ki, bunların xalqla işi yoxdur. Heç qarşılarına belə bir məqsəd də qoymayıblar. Taleləri ilə tamamən barışıblar. Sadəcə, tək arzuları aksiyalarda bir az adam sayının çox olmasıdır ki, lazım gələndə kələk gələ bilsinlər, siyasi səhnədən birkərəmlik silinməsinlər. Yoxsa ay hakimiyyətə gəlmək, seçki udmaq-filan onlar üçün prioritet deyil. Belə şeyləri ağıllarından çoxdan çıxarıblar. Çünki müxalif liderlərın hansı kəramətə sahib olduğunu onların özləridən gözəl bilən yoxdur. Amma siyasi səhnədən də getsələr, ac qalacaqlar. Bax ona görə siyasətdədirlər. Yəni bu bir növ həm də məhkumiyyətdir. Bekarçılıqdan və maddi asılılıqdan doğan, qaynaqlanan məhkumiyyət.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az