Vətəninfo.az 12/01/2015-ci il tarixdə və 16/01/2015-xi il tarixdə elektron ünvanına Şirvan şəhərində yerləşən “Qarasu” Neft Şirkətində gedən ixtisarlarla bağlı məlumatı yayımladıqdan sonra bu gün yenidən redaksiyamızın elektron ünvanına “Qarasu” Neft Şirkətində baş verənlərlə bağlı yeni xəbərlər daxil olub. Redaksiyamıza daxil olan don məlumatda “Qarasu” Neft Şirkətində korrupsiya və saxtakarlıq olduğu iddia edilməklə yanaşı, eyni zamanda şirkətdən hər gün tonlarla benzinin oğurlandığıda iddia edilməkdədir.
Redaksiyamızın elektron ünvanınına iddialar dolu məlumatlarla yanaşı, “Qarasu” Neft Şirkətində 1960-cı il istehsalı traktorun işlək vəziyyətə gətirilməsi üçün 60 min manatı necə silindiyini təsdiqləyən maliyyə sənədi də göndərilib..
Məlumatda qeyd edilir ki, redaksiyaya göndərilən sənəd SOCAR və hüquq-mühafizə orqanlarına çatarsa rəsmi dairələr “Qarasu”-da nələr baş verdiyinin rəsmi şahidi ola bilərlər.
“ Sadə sepli 1960-cı ilin traktoruna 60 min manat pul siliblər. Bunu qiymətlərə baxdıqda da görmək olar. Baxın görün büdcə pullarını Arif Alışov kimi şəxslər hara sovururlar.Bunlardan dövlətimizin,SOCAR-ın və huquq-mühavizə orqanlarının xəbəri var görəsən.Xəbəri olmasa da siz bu sənədi yayımlasanız görəsən bu sənədə hüquq mühafizə orqanları nə cür reaksia verəcəklər.
Əminliklə deyirəm ki, bu sənədlər hələ filmin başlanğıcıdır”.
Məlumatda qeyd edilir ki. Arif Alışovun yeyinti işlərini gün üzünə çıxaracaq onlarla belə sənədlər mövcuddur ki. o sənədlər də yaxın günlərdə redaksiyaya göndəriləcək. Məlumatda iddia edilir ki, şirkətdə ən çox yeyinti prosesi ucuz maşınların qiymətini 10 dəfə göstərilərək alınmasıdır.
Bbundan başqa Arif Alışovun müavini olan Vuqar Əbiyevin tiktirdiyi yanacaqdoldurma məntəqesinə benzinin ucuz qiymətə satılmasıdır. Məlumatda iddia edilir ki, “Qarasu” Neft Şirkətinin nəqliyyat sexinə aid QSM-dən hər gün 5 ton yanacaq oğurlanaraq çıxarılır və Alışovla onun müavini Vuqar Əbiyevin yanacaqdoldurma məntəqəsinə daşınır. Redaksiyanın elektron ünvanına adını açıqlamayan mənbəin göndərdiyi məlumatda iddia edilir ki, “Qarasu” Neft Şirkətindən edilən oğurluğa şirkətin mühafizə xidmətinin müdiri Namiq adlı şəxs başçılıq edir. Məlumatda vurğulanır ki, mühafizə xidmətinin müdirinin şəxsi avtomobili də “Qarasu” Neft Şirkətində icarə əsasında işləyir.

“Sual olunur bu şirkətin malını oğurlayıb satdırdığın bəs deyil,hələ şəxsi nəqliyyat vasitənlə pul da qazanırsan.Bu işlər cinayətdir ki, bu adamlar edirlər.
16/01.2015 tarixində mühafizənin rəisi Namiq “Qarasu” neft Şirkətinin “Misovdağ” neft sahəsinə gələrək fəhlə və mühəndis heyyətinə qarşı qeyri-etik normalarda davrandi. Şrkətin yeməkxanasında oturaraq fəhlələri hədələyirdi.Görün bu adamlar nə qədər harınlayib ki,bizə öz dədə-baba yurdumuzda işləməyədə imkan vermirlər”. Göndərilən məlumatda daha sonra vurğulanır ki. Namiqin cinayət əməllərini əks etdirən video görüntülərdə mövcuddur və o video görüntülər də redaksiyamıza göndəriləcək. Məlumata görə, həmin video görüntülərdə Arif Alışovun yanacaqla dolu maşınları şirkətin ərazisindən yoxlanılmadan necə buraxılır.
Məlumatda vurğulanır ki, mühafizənin rəisi şirkət ərazisindən neftlə dolu maşınları yoxlamasa da, şirkətin bir sadə işçisinin əlində 10 litir yanacağı saxlatdırıb və şirkət rəhbərliyinə məruzə edərək onu işdən qovdurub.
Redksiyadan: Qeyd edək ki, iddialar dolu məlumatlar Vətəninfo.az-ın elektron ünvanına adını açıqlamayan mənbə tərəfindən göndərilib. Bizdə KİV haqqında qanunu əsas tutaraq qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.
Vətəninfo.az