Qardaş bacının əlini tanınmaz hala saldı

Qardaş bacının əlini tanınmaz hala saldı
Xəzər rayonun 1 saylı Polis Bölməsinin əməkdaşları növbəti ailə zorakılığı faktını qeydə alıb.

Oxu.Az xəbər verir ki, fevralın 7-də Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Təranə Əliyevə təcili tibbi yardım xəstəxanasına çatdırılıb. 
Qardaşı qadına xəsarət yetirərək onun əlini tanınmaz hala gətirib.
Həkimlər qadına lazımi yardım göstərərək, baş verənlər barədə polisə məlumat verib. Araşdırma nəticəsində məlum olub ki, hadisəni böyük qardaşı, 1966-cı il təvəllüdlü Şüvəlan qəsəbəsi, Bağlar yaşayış massivinin sakini Ağabalayev Elxan Əlikram oğlu törədib.
Məlumata görə, bacı-qardaş arasında münaqişə 19:30 radələrində baş verib. Hazırda Xəzər rayonunun istintaq şöbəsi cinayət hallarını araşdırır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az