“Qardaşım adam öldürməyib”-Vidadi Bərdəlinin qızı

“Qardaşım adam öldürməyib”-Vidadi Bərdəlinin qızı

Mərhum müğənni Vidadi Bərdəlinin müğənni qızı Aytac Bərdəli qardaşının  borca görə adam öldürməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. 

Müğənni mətbuata açıqlamasında qeyd edib ki, onun Tural adlı qardaşı yoxdur: "Bu yalan xəbərdir, mənim Tural adlı qardaşım yoxdur. Mənim atam dünyasını dəyişib, onun ruhunu narahat etməyin. Belə yalan xəbərləri kimin çıxardığını bilmirəm. Əgər kimsə belə yalan xəbəri bilərəkdən çıxarırıb ailəmi narahat etmək istəyirsə, haqqımı ona halal etmirəm. Başım sənətimə qarışıb, sakitliyimdən istifadə edirlər. Belə şayiə yayanlara ayıb olsun”.

Qeyd edək ki, Lent.az saytının yaydığı məlumata görə, Bərdə rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib. Qətl törədən T. Allahverdiyevin bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğlu olduğu bildirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az