Qazaxıstan parlamentində “Böyük İpək Yolu” ilə bağlı görüş keçirilib

Qazaxıstan parlamentində “Böyük İpək Yolu”  ilə bağlı görüş keçirilib

“Tarixi “İpək Yolu” üzərində yerləşən ölkələr arasında əlaqələrin bərpa edilməsi çox yaxşı ideyadır”. Veteninfo.az”ın məlumatına görə, bu sözləri Qazaxıstan Parlament Senatının vitse –spikeri Aleksandr Sudin “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti Fuad Muradovun başçılığı ilə 22 üzv dövlətlərin nümayəndələri ilə keçirilən görüşdə bildirib. 

 “Böyük İpək Yolu” BGİ-nin mətbuat xidmətinin məlumatına görə, Astanada 22 ölkənin iştirakı ilə keçirilən Üzvlər Şurasının birinci iclasının iştırakçılarının Qazaxıstan parlamentində keçirilən görüşündə təşkilatın prezidenti, Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov, Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, “Böyük İpək Yolu” BGİ-nin vitse-prezidenti, Misirin Gənclər Nazirliyinin məsul işçisi Muhammed -əl-Şazlı və üzv ölkələrin nümayəndələri iştirak edib. 

Qazaxıstan tərəfindən görüşdə Senat sədrinin müavini Aleksandr Sudin,  sosial-mədəni inkişaf komitəsinin sədri Axan Bijanov, komitənin katibi Xusain Valiev, elm və təhsil nazirliyinin gənclərlə iş üzrə komitəsinin sədri Nurlan Utışev iştriak edib.

Çıxış edən deputat Fuad Muradov “Böyük İpək Yolu” BGİ-nin üzv ölkələrin gəncləri arasında interqrasiyasındakı rolundan və təşkilatın prioritet istiqamətlərindən danışıb.  “Bu gün bizim təşkilatdan savayı Asiyanı, Afrikanı, Avropa ilə birləşdiriməyi qarışına məqsəd qoymuş belə bir təşkilat yoxdur. Müxtəlif mədəniyyətləri, dini baxışları, ənənələri olan gəncləri birləşdirən “Böyük İpək Yolu”nun əsas məqsədi sülh və dostluq mesajlarıdır”.-deyə F. Muradov vurğulayıb. 

Gənclər və İdman naziri İntiqam Babayev çıxışında bildirib ki,  “Böyük İpək Yolu” BGİ-nin məqsədləri kifayət qədər maraqlı və cəlbedicidir. “Bu təşkilat böyük perspektivlər vəd edən unikal layihədir.  Müxtəlif  dini, dili, ənənəsi olan 25 ölkə vahid mövqeyə gələ bilib. Bu çox sevindirici haldır”-deyə İ. Babayev qeyd edib. 

İ. Babayev Qazaxıstanla əlaqələrin kifayət qədər yaxşı və məhsuldar olduğunu vurğulayıb. Nazir müavini  Azərbaycan və Qazaxıstan Gənclər Forumunun keçirilməsini təklif edib. 

“Azərbaycanla Qazaxıstanı  çox möhkəm dostluq əlaqələri birləşdirir. Bizim ölkələrimizin bu yaxınlığının çox dərin və tarixi kökləri var”-deyən Senat sədrinin müavini Aleksandr Sudin deyib.  Onun sözlərinə görə, “İpək Yolu” bütün dünyanı maraqlandıran bir layihəyə çevrilib. Vitse-spiker bildirib ki, Qazaxıstan tərəfi üzərinə düşən bütün işləri bundan sonra da görməyə hazırdır. 

 Görüşdə bildirilib ki, gənclər arasında təcrübə mübadiləsi indi çox mühüm əhəmiyyət daşıyır.  “İpək Yolu qitəni birləşdirən böyük bir yol olub. Bu tarixi yol ilə bütün dünya  bir-birinə bağlanıb”-deyə Komitə sədri Xuasin Valiev vurğulayıb.  

Görüşün sonunda Qazaxıstan parlamentinin Senatına “Böyük İpək Yolu” BGİ-nin xatırə hədiyyələri təqdim olunub. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az