“Qazpromla razılaşmaq üçün yollar axtarırıq”
Avropa Komissiyası Avropadakı anti-monopoliya araşdırması çərçivəsində "Qazprom”la razılağa gəlməyə çalışır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqabət üzrə avrokomissar Marqaret Vestaqer söyləyib. Onun sözlərinə görə, "Qazprom”la onun öhdəlikləri və Avropa Komissiyasının irəli sürdüyü iddialar siyahısı əsasında danışıqlar aparılır.
Qeyd edək ki, Avropa Komissiyası 2012-ci ilin avqustundan etibarən "Qazprom”a qarşı Avropa bazarında rəqabətin qarşısını aldığına görə araşdırmaya başlayıb. Araşdırma üç istiqamətdə aparılır. Bunlara qaz bazarının bölünməsi, qaz tədarükünün diversifikasiyasına mane olmaq, öz müştərilərinə ədalətsiz qiymətlər tətbiq etmək aiddir.
Miq.az