Qənirə Paşayeva Konya, Meram bələdiyyəsinin sədri Serdar Kalayçı ilə görüşüb

Qənirə Paşayeva Konya, Meram bələdiyyəsinin sədri Serdar Kalayçı ilə görüşüb

Veteninfo.az xəbər verir ki, ”Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Konya Meram bələdiyyəsi Azərbaycanda Mövlanə və Şəms Təbrizi ilə bağlı birgə tədbirlər keçirəcək.

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva Türkiyəyə səfəri çərçivəsində Konyada Meram bələdiyyəsinin sədri Serdar Kalayçı ilə görüşüb. Tariximizin ən qədim yurdlarından olan Konyada və onun gözəl güşəsi olan Meramda olmaqdan özünü çox xoşbəxt hiss etdiyini deyən millət vəkili Qənirə Paşayeva “hər dəfə buraya gələndə özümü öz evimdəki kimi hiss edirəm. Meramın sürətlə inkişaf etməsindən çox şadıq və sizin Meramın inkişafı ilə bərabər, Türk dünyası ilə əlaqələrin, əməkdaşlığın genişləndirilməsi və inkişafı istiqamətində çalışmalarınızı yüksək səviyyədə təqdir edirik”, – deyib.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva hər iki ölkənin bələdiyyələri arasında da əlaqələrin getdikcə genişləndiyini məmnuniyyət verici olduğunu bildirib. Bu yaxınlarda Azərbaycanın Şəki şəhər bələdiyyəsi ilə Meram bələdiyyəsinin qardaşlaşdığını xatırladan millət vəkili Qənirə Paşayeva dost, qardaş ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə daha da genişlənməsinin vacibliyini və önəmini xüsusi vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu vurğulayıb. “Türkiyə nə qədər güclənərsə, Azərbaycan da o qədər güclənib deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir” -millət vəkili Qənirə Paşayeva belə deyib. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı  geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva Konyada, Meramda qədim Şəkinin adını daşıyan parkın qurulub istifadəyə verdikləri üçün, Azərbaycanın Konyada daha yaxşı təbliği və tanınması istiqamətindəki fəaliyyətlərinə görə Meram bələdiyyə başqanı Serdar Kalayçıya təşəkkür edib.

Bu yaxınlarda qardaş Azərbaycana ilk səfərindən və Şəki şəhər bələdiyyəsi ilə qardaşlaşmaya dair saizişin imzalanmasından məmnunluğunu ifadə edən Meram bələdiyyəsinin sədri Serdar Kalayçı bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin daima qardaş Azərbaycanın yanında olacağını, Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərin, iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafının vacibliyini xüsusi vurğulayıb. O bildirib ki, bələdiyyə başqanı olaraq Azərbaycanın bölgələri, bələdiyyələri ilə daha sıx əməkdaşlığın qurulması, birlik və bərabərliyimizin gücləndirilməsi, ortaq tarix və mədəniyyətimizin gənc nəsillərə daha geniş öyrədilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinə böyük önəm verirlər və bu istiqamətdə işlər daha da sürətlənəcək.  Görüş və müzakirələr zamanı “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Meram bələdiyyəsinin birlik və bərabərliyimizin gücləndirilməsi, ortaq tariximizin və mədəniyyətimizin gənc nəsillərə daha geniş öyrədilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi qərara alınıb. Yanvar ayından başlayaraq tədbirlərə start veriləcək. Görüşün sonunda Serdar Kalayçı millət vəkilinə Konyanı və Meramı özündə əks etdirən materiallar və hədiyyələr təqdim edib.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az