“Qərb Rusiyanın hərbi obyektlərini vurmağa məcburdur” - Zərdüşt Əlizadə
"Rusiyanı təkləməkdə məqsəd odur ki, o, beynəlxalq hüquqa hörmət edib Ukraynaya qarşı təcavüzünə son qoysun. Buna nail olmaq istəyirlər. Rusiya Ukraynaya təcavüz edib”.
Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
O, Qərb ölkələrinin Rusiyanın nüvə silahından çəkindiyini də bildirib:
"Rusiyanın addımları açıq-aşkar dünyaya meydan oxumaqdır. Düzdür, onun nüvə silahından çəkinirlər. Dünyanı xaraba qoymaq istəmirlər. Amma bu özbaşınalığın bir həddi var. Rus xalqı isə oyanmaq bilmir, cahildir. Ona görə məcburdurlar ki, Ukraynaya kömək etsinlər, Rusiyanın obyektlərinə zərbə endirib onu ayıltsınlar. Rusiya cəzasızlıq şəraitində həddini bilmir”.