Qış aylarının ən gözəl ətirləri bunlardır

Qış aylarının ən gözəl ətirləri bunlardır

Xanımların gözəl görünməsində ətirlərin böyük rolu var. Xanımların özləri müxtəlif olduqlarına görə zövqləri də müxtəlifdir. 

Odur ki,bu ilki qış ətirlərini sizə təqdim edirik:

Versace Crystal Noir EDP - Bu xüsusi ətir haute couture'den ilhamlanaraq yaradılmışdır. Qadına bənzər, şəhvətli və cazibəli, cürətli, amma inamverici. Gecə istifadə üçün mükəmməldir.

Dolce Gabbana The One EDP - Ovsunlayıcı, lüks və romantik ... Gerçək Divanın tək qoxusu..

Çiçəklərdən yaranmış, üst notlarda bergamot, naringi, şaftalı olan qoxudur. Orta notları ekzotik meyvələr, ərik, jasmin və ağ zambaqla qarışır. Alt notları quru kəhrəba, vanil, müşk və yosunla ətirin qalıcılığını və unudulmazlığını artırır.

Avon City Rush For Her - Müasir şirin (hətta bir az şəkərli) və tünd çiçəkli bir açılış, bu açılışda qəbul edilən notlar, yüngül bergamot, şirin çiçəklər.

Bir az da şəkərli saqqıza bənzəyir.

Uzun müddət dəyişmədən bu şəkildə davam edən qoxu quruduqca narahat etməsə də, yüngül sintetiklik hiss edilir və şirin gül və vanil qarışığı tonları duyulur.

Sarah Jessica Parker Covet - Qoxunun açılışında tünd şirin floral notlar qəbul edilib, orta notlarda göstərilən çiçək tonlarından istifadə edilib. Qoxu bütünlüklə şirin çiçək əhatəsindədir. Yaxşı kombinə edilmiş, əslində isə çox riskli bir ətirdir.

Estee Lauder Sensuous Nude - Yüngül pudralı, özünüzü rahat hiss edəcəyiniz, gündəlik bir qoxudur. Hindistan notası ilə Bronze Goddess izini daşıya biləcəyini düşünülsə də, iki qoxu arasında heç bir əlaqə yoxdur. Sensuous Nude qış ətiri kimi qalıcılıq baxımından olduqca keyfiyyətlidir. 

 Ch Carolina Herrera Perfume - Ətir açıldığı zaman spirtli, şəkərli meyvə kokteyli, xüsusilə şəkərli qovun qoxusu kimi hiss  edilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az