Qovlarda “ata-bala internat”ı

Qovlarda “ata-bala internat”ı
Elchi.az  redaksiyasina Tovuz payonunun Qovlar şəhərindən  şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:

"2006-cı ildən  bədəntərbiyə  müəllimi kimi fəaliyyət göstərən Hümbətov  Rauf  Eldar oğlu işlədiyi müəssisədən ayrılmadan Gürcüstan  Respublikasından  hansısa yollarla ədəbiyyat ixtisası  üzrə müəllimlik diplomu alıb. Halbuki Gürcüstanda Azərbaycan və Rus dillərində nə bolmə nə də institut fəaliyyət gostərir. Raufun atası Eldar bilərəkdən  ki, oğluna aldığı  diplom saxdadır,  buna baxmayaraq  oğlunu direktoru işlədiyi Qovlar İnternat   məktəbində  ədəbiyyat  müəllimi kimi işə göturərk 3 il dövlətin pulunu saxta  yolla  mənimsəmişdilər.
2015-2016- cı tədris ilində  dövlət tərəfindən diplomlar  yoxlanılan  zaman həmin diplom saxta olduğu üzə çıxdı. Bundan sonra Eldar müəllim  oğlu  Raufu  internata  təsərüfat müdiri vəzifəsinə təyin etdi.  1 ildən sonra  yoxlama  zamanı oğlunun imzası ilə  mənimsənilən, belə ki, məktəbin həyətində  Sovet dövründən qalan  borular,  su çənləri, istilik radioatorları, piltələr, məktəbə verilmiş soyuducular özu üçün  tikdirdiyi  obyektlərin  içərisində hal–hazırda  ğöz qabağındadır. Bundan başqa məktəbin yüz çarpayılıq yataxanasında guya il boyu hər axşam  yüz şagird yatır. Halbuki, ilboyu burada 6-10 nəfər şagird qalıb. Sənədlərdə  yüz nəfərdən təşkil olunan  tərbiyə  quruplarının  tədris-tərbiyə işlərini saxta  yolla oğlu Raufun  həyat yoldaşı  Şölənin və özünə yaxın  bildiyi işçilərin adına yazaraq dövlət vəsaitini  talan ediblər. Xəstə qruplarada  birinci siniflərdən tutmuş sonuncu  siniflərədək dərslərin  90%-i öz ailə üzvülərinin adına yazılıb və il boyuda həmin adamlardan  bir nəfər də olsun  şagirdləri tanımayıb.  Yalnız saxda yolla jurnalları tərtib edərək dövlətin pulunu mənimsəyiblər. Xəstə qruplarda  olan  şagirdlərin  yalnız  10-15 nəfərinin canlı özü var . Yerdə qalan xəstə siniflərdə şagirdlərin adları  saxta yolla  yazılıb. Özləri  bəlkədə həyatda yoxdurlar.
Xəstə quruplarda oxuyan şagirdlərin  adına verilən təqaüd kartları valideyinlərdə yox  direktor Eldar müəllimin cibindədir.
Sual olunur işlədiyi az bir müddətdə necə olur ki, Hümbətov Eldar Səlim oğlunun üç maşın, üç ev, iki maqazin, Bakı şəhərində mülklər sahibidir.  Bu qədər pulun hardan aldığını məhkəmə qarşısında cavab verməlidir. Eldar müəllim özünə internat məktəbinində  böyük güclü "İmperya” yaradıb.
Ulu öndərimiz  Heydər Əliyev  1993-cü ildə hakimiyyətə gələn vaxtlar direktor Eldar müəllimin cəbhəçi olduğuna  görə dövlət əlehinə gedərək seçki bulletenlərini götürərək məntəqədən qaçmışdır. Həmin vaxdan Qovlardan baş götürüb qaçan Eldar müəllim  15 ildən sonra necə oldu ki, İnternat məktəbinə direktor gəldi?
2008-ci ildən  bu günə qədər ştat cədvəlində adı xadimə özü isə  labarant  kimi işləyən çoxlu işçilər var . Məktəbdə indi bilinməyir ki, təsərüfat müdrü kimdir. Bu vəzifə ali savadı olmayan  bir qadının adına yazılmış, lakin həmin qadın labarant kimi ilə işləyir. Bununla   məktəbə verilən avadanlıqları sərbəst silib mənimsəyə bilir.
İl boyu müəllimlərə saxta yolla xəstəlik vərəqəsi  aldır. Məcburi yolla xəstəliyə çıxarılan müəllimlər həmişəki kimi siniflərdə dərs kecib, lakin  jurnalı  başqa müəllimlərə yazdırıblar.  Bu müəllimlərin hansı xəstəxanada, hansı çarpayıda yatdığı aydınlaşdırılmalıdır.  Bu yollarla  direktor Eldar müəlim böyük var –dövlət sahibi olmuşdur.
Hörmətli radaksiya! Mənim yazdıqlarım internat məktəbində dövlət əmlakınin talanmasının kiçik bir qismidir.
2015-ci ildə  Şura iclasında direktor  Hübətov Eldar Səlim oğlu dediki bu qədər var dövlət mənə "Dövlət quşu " kimi qismət olub, bunada çoxlarının paxıllığı tutur.
Bu nə deməkdir????…..
Eldar müəllim özünü  məktəbdə direktor kimi yox, şəxsi müəssəsinin "Kralı" kimi aparır.
Eldar müəllim Direktor gələndən səbəbini özümdə bilmədən mənə dərs yükü az verməklə hədələyir.
Xahiş edirəm ki, Qovular şəhər İnternat məktəbindəki bu qədər öz başnalıqların dərindən yoxlanılması aparılsın. Əgər mənim yazdıqlarıma rəsmi qaydada yanaşılmasa, İnternat  məktəblərinin qeydinə  qalan kimsəsizlərə arxa duran  Vitse Prezdentimiz  Mehriban xanm Əliyevaya müraciət edəcəyəm.
Yazdıqlarımı imzamla təsdiq edirəm.
 
Qovular şəhər İnternat məktəbinin fizika müəlliməsi
Hüseyinova Ramidə Tapdıq qızı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az