Qubada radikal şəxslər tutuldu

Qubada radikal şəxslər tutuldu
Qubada qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat keçirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Miq.az-a verilən məlumata görə, rayonun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ etmələri müəyyənləşib. Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən onlar saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilib, izahatları alındıqdan sonra buraxılıblar.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az