Qubada ÜRƏKDAĞLAYAN QƏZA: “Qazel” azyaşlı qardaşları vurdu

Qubada ÜRƏKDAĞLAYAN QƏZA: “Qazel” azyaşlı qardaşları vurdu

Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Miq.az xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb.
"Qazel” markalı avtomaşın iki azyaşlı qardaşı vurub. Onlardan biri 4 yaşlı Qurbanov Renat Nurağa oğlu dünyasını dəyişib. Onun qardaşı 10 yaşlı Xəqani isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, ölən azyaşlıya vaxtında tibbi yardım göstərilməyib. Təcili yardım xidmətinə müraciət olunsa da, vaxtında gəlməyib. Nəticədə azyaşlı dünyasını dəyişib.
Quba MRX-dan bildirilib ki, hadisə yerinə çağırış olunan kimi təcili yardım maşını əraziyə yollanıb.
Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır. (apa)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az