Mətbuat orqanlarinin birində belə bir iddia ortaya atılıb ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycan xalq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi barədə məlumatı olub. “Vətəninfo.az”ın məlumatına görə, BAXCP Mətbuat Xidməti bu məlumata aydınlıq gətirmək üçün Qüdrət Həsənquliyevə müraciət edib.
BAXCP sədri bildirib ki, ümumiyyətlə Türkiyəyə yola salınanan qədər Əbülfəz Elçibəyin xəstəliyi barədə onda heç bir məlumat olmayıb. Qüdrət Həsənqilyev bildirib ki, o vaxta qədər Əbülfəz Elçibəy bağ evində qalırdı və eks-prezidentlə heç bir görüşü olmayıb: “Yalnız Elçibəy Türkiyəyə yola salınanda onun xəstə olduğunu bilmişəm. Çox təəssüf ki, Türkiyədə xəstəxanada olanda da onunla hər hansı görüşüm və xəstəliyi ilə bağli söhbətim olmayıb”.
Qüdrət Həsənquliyev qeyd edib ki, Elçibəyin səhhəti barədə yalnız onunla görüşən şəxslər tərəfindən partiya üzvlərinə və ictimaiyyətə mütəmadi məlumat verilirdi: “Nə dünyasını dəyişənə qədər Əbülfəz bəylə görüşən adamlarla onun xəstəliyi ilə bağlı söhbətim olmayıb. Nə də həmin ərəfədə partiya rəhbərliyində təmsil olunan şəxslərdən onun zəhərlənməsi barədə heç bir məlumat eşitməmişəm. Ona görə də Əbülfəz bəyin zəhərlənməsi ilə bağlı guya mənim məlumatlı olmağım barədə deyilənlər həqiqəti əks etdirmir. Əgər məndə belə bir məlumat olsaydı, bu barədə çoxdan ictimaiyyəti məlumatlandırardım və müvafiq orqanlara müraciət edərdim”.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.