"Azərbaycanda milli ayrı seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq"

"Azərbaycanda milli ayrı seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq"

“Elə məhsullar var ki, onu istehsal etmirik, kənardan gətirirk. Hesab edirəm ki, bunun üzərində ciddi nəzarət qoyulmalıdır ki, xaricdən gələn məhsulların kodu dəyişdirilmiş olmasın”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S. Novruzov təəssüflə qeyd edib ki, bu gün Azərbaycana geni dəyişdirilmiş məhsullar gətirilir və onun satışı həyata keçirilir: “Hesab edirəm ki, bu gün geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsə, istehsal olmasa, buna qarşı mübarizədən söhbət belə gedə bilməz. Kimsə geni dəyişdirilmiş məhsulların istehsalında istifadə olunan toxumu Azərbaycan gətirib əkirsə və ölkəyə bu məhsulları yayırsa, buna qarşı hansı mübarizədən söhbət gedə bilər?. Hesab edirəm ki, ölkəyə gətirilən məhsulların üzərinə ciddi nəzarət qoyulmalıdır ki, kənardan gələn məhsulların kodu dəyişdirilmiş olmasın”.

Millət vəkili hesab edir ki, geni dəyişdirilmiş məhsulların insanlarda yaratdığı aqressiyadan daha çox, ölkə KİV-lərində yayılan kriminal xarakterli informasiyalar aqressiyanın artmasında xüsusi rol oynayır: “Bu gün Azərbaycan televiziyalarında, informasiya agentliklərində, xəbər portallarında kriminal xəbərlər əsas xəbər kimi verilir. Bu xəbərlərdə insanların bir-birini necə öldürə biləcəyinin yolları göstərilir. Bu informasiyaların nəticəsində şüur və iradə baxımından zəif olan insanlar bunun yollarını öyrənir və buna görə də insanlarda aqressiya halları artmaqdadır. Hesab edirəm ki, insanlar arasında aqressiyanın olmaması üçün geniş təbliğat işləri görülməlidir. Keçmişdə televiziyalarda kriminal xəbərlər öz yeri tutmurdu və cəmiyyət belə xəbərləri qəbul etmirdi. İnsan nə qədər kriminal informasiya qəbul edirsə, bir o qədər aqressivləşir.  

S. Novruzovun sözlərinə görə, insanlar arasında aqressivliyin artmasında dini cəryanların qızışdırma amilləri də var: “Ancaq, Azərbaycan tarixən tolerant ölkə olub və bundan sonra da olacaq. Azərbaycanda milli ayrı seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq. Odur ki, Əlikram Hümbətov kimi bu kimi şəxslərin nə deməsindən asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az