Bu gün Birinci Avropa Oyunları ilə bağlı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Gənclər və İdman naziri Azad Rəhimov birgə mətbuat konfransı keçirib.
Vətəninfo.az - Mətbuat konfransında sulları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov cavablandırıblar.
Ə. Həsənov bildirib ki, son zamanlar bəzi qərb dövlətləri, qərbyönlü QHT-lər Azərbaycanda insan haqlarının, söz və mətbuat azadlığının pozulması ilə bağlı fikir səsləndirirlər: “Onlar təlqin etməyə çalışırlar ki, Azərbaycanda siyasi məhbus var. Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür. Bu isə o deməkdir ki, ölkəmizdə Avropa məhkəməsinin qərarları birbaşa olaraq keçir. Əgər kimsə çıxarılan qərarlardan narazıdırsa, Avropa Məhkəməsinə müraciət edə bilər. Bir daha təkrar edirəm Azərbaycanda siyasi məhbus yoxdur”.
O, qeyd edib ki, Avropa Oyunları bəzi dairələr tərəfindən ciddi-cəhdlə siyasiləşdirilməyə çalışılır. "Son vaxtlar bəzi dairələr prezident İlham Əliyevin iradəsinə fərqli-fərqli subyektiv mülahizələrə görə təsir etməyə, yönləndirməyə çalışırlar. Anti-Azərbaycan platforması formalaşdıraraq sistemli şəkildə anti-Azərbaycan fəaliyyəti göstərirlər. Bu həm bəzi Avropa dövlətlərinin, ABŞ-ı təmsil edən QHT-lərin, Avropa Patlamentinin, Avropa Şurasının bir sıra hüquq-müdafiə təşkilatlarının fəaliyyətində özünü göstərir”.
Gənclər və idman naziri Azad Rәhimov isə oyunlara tam hazır olduqlarını bildirib.
Nazir idman obyetklərinin tikintisində korrupsiyaya yol verilməsi ilə bağlı suala belə cavab verib: "Sizә rәqәmlәr açıqlaya bilәrәm. Heç bir sübut olmadan bundan danışırlar. Bizim idman büdcәmiz ilә bağlı sual verirsizsə, 10 milyon büdcәmiz var. Bu milli komandanın sәfәrlәrinә vә tәlim kurslarına sәrf olunur. İdman obyektlәri üçün lәvazimatlar alınır və idman obyektlәri tikilir. Dünyada tanınan istәnilәn audit şirkәti 10 milyon büdcəmizdәn 1 manat kәnara xәrclәndiyini sübut etsә, mәn vәzifәmdәn gedә bilәrәm. Biz maliyyә xәrclәrini hesabladıq. Bizim büdcәmiz әvvәlcәdәn 960 milyon manat idi. Daha sonra digәr xәrclәrә 1 milyard 1 milyon 74 min manat sәrf olunub. Bütün ölkәlәrdә belә oyunlar keçirilәn zaman xәrclәr artır.
Devalvasiya ilә bağlı xәrclər dәyişdi. 134 milyon manat әlavә xәrc devalvasiya ilә bağlı meydana çıxdı. Xaricdәn gәlәn mütәxәssislәrә böyük mәblәğdә xәrclәr gedir. Onlara yüksәk maaşlar verilir. Şәhәrdә olimpiya obyektlәri tikilir".
***
Prezidentin tapşırığı ilə I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilir
Vətəninfo.az - Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, sabah Bakıda ilk Avropa Oyunlarının startı veriləcək: "Artıq xarici jurnalistlərin Bakı və Azərbaycanla bağlı təəssüratları var. Müraciətlər çox olduğundan bu müraciətləri fərdi qaydada cavablandırmaq çətindir. Ona görə də prezident İlham Əliyevin tapşırığı ilə mətbuat konfransı təşkil olunub".
Qeyd edək ki, mətbuat konfransında sulları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov cavablandırırlar.