Samir İmanov: "BƏƏ digər müsəlman ölkələri kimi bizi dəstəkləyir, yalnız qəti mövqe bildirmir"
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbayjan” Jəmiyyətinin rəhbəri Samir İmanovla müsahibə
- Samir bəy, Birləşmiş Ərəb Əmirliklərində Azərbayjan diasporunun fəaliyyətini nejə dəyərləndirirsiniz?
- Hazırda diaspor fəaliyyətini müsbət hesab edirəm. Son illər digər ölkələrdə olduğu kimi, BƏƏ-də də diaspor fəaliyyəti yüksəlməyə doğru inkişaf edir. Buna əsas səbəb dünyada yaşayan azərbayjanlıların vətənə bağlılığı, sevgisi, eyni zamanda dövlətin bu məsələyə verdiyi diqqət və göstərdiyi qayğıdır.
Əgər neçə il önjə bu fəaliyyət kortəbii aparılırdısa, artıq dövlətin bu məsələyə diqqəti və dünyada diaspor fəaliyyətimizi əlaqələndirmək üçün yaradılan Diasporla İş üzrə Dövlət Komitəsi apardığı pozitiv işi əlaqələndirmək nətijəsində bu fəaliyyət mütəşəkkil olmuş və müəyyən uğurlar əldə etmişdir.
Bildiyiniz kimi, diaspor fəaliyyəti könüllü işdir və görülən işlərə münasibət səmimi olmazsa, uğurlar əldə edilə bilməz. Önjəki verdiyim müsahibələrimin birində demişdim, yenə də təkrar etmək istərdim ki, bir çox ölkələrdə jəmiyyət, təşkilat rəhbərləri vaxtlarını uzun illər yalnız bu işə həsr ediblər. Müsbət nətijə əldə etmək üçün düzgün şəkildə fəaliyyət göstərmək lazımdır. Çünki bu fəaliyyət hər bir ölkənin daxili və xariji siyasətinə, onun xalqının təfəkkürünə uyğun aparılmalıdır. Çalışmaq lazımdır ki, qanunlar pozulmasın və bizim istədiyimiz kimi olsun. Bir sıra ölkələrdə diaspor fəaliyyəti rəsmi olaraq qəti qadağandır. BƏƏ bu ölkələr sırasındadır. Buna baxmayaraq, müəyyən işlər edirik, dövlət rəhbərliyi və xalqımız buna qiymət verir.
- Ümumiyyətlə, əmirlikdə Azərbayjana münasibət nejədir? Qarabağ məsələsi haqda fikirlər nədən ibarətdir?
- Ümumilikdə Azərbayjana və burda yaşayan azərbayjanlılara qarşı münasibət yaxşıdır. Yerli vətəndaşlar bizim xanımlarla ailə qurur və məndə olan dəqiq məlumatlara görə onlar xoşbəxt yaşayırlar. Digər tərəfdən, yuxarıda qeyd etdiyim kimi, burada yaşayan həmvətənlərimiz yerli qanunları bilir və onlara riayət edirlər. Qarabağ məsələsində İET formatında BƏƏ digər müsəlman ölkələri kimi bizi dəstəkləyir, yalnız qəti mövqe bildirmir. Bu günlərdə bir informasiya agentliyimizdə dərj edilən bir məqalədə Ukraynanın Ermənistana silah satışı sənədlərində BƏƏ-nin adının da çəkilməsi məni bəzi məsələlər haqda fikirləşməyə məjbur etdi. Məlumatınız üçün deyim ki, il ərzində keçirdiyim 30-dan artıq hökumət və dövlət rəsmiləri ilə görüşlərimin hər birində Qarabağ mövzusu müzakirə edilir və bu mövzu ilə bağlı yerli kitabxanalara yüzlərlə kitab təqdim edilmişdir. Yalnız “Azərbayjan” Jəmiyyəti dövlətin rəsmi siyasi qurumu olmadığı və rəsmən bunu aparmaq hüququna malik olmadığı üçün bu məsələlər bağlı fikir mübadiləsi ilə kifayətlənir. Ermənistanın 2011-ji ildə BƏƏ-də səfiri dəyişmiş və bura 20 ilə yaxın İranda və digər körfəz ölkələrində səfir işləmiş təjrübəli diplomat göndərilmişdir. Məndə belə bir fikir yaranır ki, məhz bu diplomatın təyinatından sonra Ermənistanın BƏƏ ilə əlaqələri möhkəmlənmış və müəyyən işlər həyata keçmişdir. Azərbayjanın Xariji İşlər Nazirliyi bu məsələyə diqqət yetirməli və müvafiq addımlar atılmalıdır. Əks təqdirdə, hazırda çox da güjlü olmayan siyasi əlaqələrimizi zəiflədə bilərik. Azərbayjana yeni təyin edilmiş BƏƏ-nin səfirinin vasitəsilə də hazırkı münasibətləri inkişaf etdirmək mümkündür.
- Yerli media Azərbayjan məsələsinə yer ayırırmı? Xüsusilə, media ilə əlaqələrin qurulması hansı səviyyədədir?
- BƏƏ-də Azərbayjan diasporunun yerli KİV ilə əlaqələri çox yaxşıdır, çətin də olsa uzun illər önjədən əvvəl bu münasibətlər qurulub və ən əsası bu əlaqələri saxlaya bilirik. BƏƏ-də bizim dəstəyimizlə, keçirdiyimiz tədbir və konfranslar əsasında Qarabağ problemi, Azərbayjanın üzləşdiyi digər problemlər, mədəniyyətimiz, təbiətimiz və digər sahələrdə uğurlarımızla bağlı il ərzində onlarla məqalələr ərəb və ingilis dillərində dərj edilir, TV kanallarda materiallar verilir.
- Bildiyimiz qədər ərəb ölkələrində erməni diasporu güjlü fəaliyyət göstərir. Erməni diasporunun fəaliyyəti hiss olunurmu?
- Tamamilə düzgün fikirdir. Ermənilər ərəb dünyasında yüz illərdir yaşayırlar və çoxları bu dili ana dilindən də yaxşı bilir. Misirdə, Suriyada, Livanda, Küveytdə çox böyük və güjlü diasporları fəaliyyət göstərir. BƏƏ-də 10 minə yaxın erməni yaşayır. Xüsusilə, hazırda son 8 ildə apardığımız fəaliyyət vəziyyətin bizim xeyrimizə dəyişməyə gətirib çıxarıb. Hazırkı vəziyyəti çətin də olsa saxlamaq lazımdır. Biz düşmənə məğlub ola bilmərik.
Elnur Eltürk