"Bu hüququ Konstitusiya prezidentə verib, onu heç kim məhdudlaşdıra bilməz”

"Bu hüququ Konstitusiya prezidentə verib, onu heç kim məhdudlaşdıra bilməz”

Əfv sərəncamının imzalanması, adətən özəl günlərlə bağlı olur. Ümumiyyətlə, praktikada Prezident yanında Əfv Komissiyasının iclaslarını, eləcə də hansısa özəl günü gözləmədən istənilən anda cəza çəkən şəxsə əfv sərəncamı verilibmi?
Modern.az saytı mövzuya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadənin mövqeyini öyrənib.
O bildirib ki, əfv sərəncamının imzalanması cənab prezidentin konstitusion hüququdur: “Əfv Komissiyasının tövsiyəsi olsa da, olmasa da prezident istədiyi şəxsi, istədiyi anda əfv edə bilər. Bundan əlavə komissiyada kifayət qədər insanın müzakirə olunan hazır sənədləri də var. Prezident bu sənədləri əldə etməklə,  yaxud kiminsə fərdi müraciəti əsasında da əfv edə bilər. Praktikada belə hallar olub. Əfv Komissiyasının iclası olmadan prezident əfv sərəncamı imzalayıb.
Qanun buna yol verirsə, onu istənilən an işlətmək olar.
Parlamentin bugünkü iclasında Müsavat başqanının müavini Tofiq Yaqublunun əfv olunması ilə bağlı məsələ qaldırıldı. Amma bir çox deputatlar belə hesab etdi ki, Tofiq Yaqublu əfv ərizəsi yazmalıdır. Belə hallarda prezident komissiyanı gözləmir. Bu səlahiyyəti ona Konstitusiya ilə verilib və istədiyi an ondan istifadə etmək hüququnu özündə saxlayır”.

Çingiz Qənizadə həmişə əfv sərəncamının imzalanmasının tərəfdarı olduğunu bildirib: “Ümid edirəm ki, cənab prezident növbəti əfv sərəncamı ilə müəyyən insanları əfv edəcək.

Çünki o, həmişə humanistliyini sübut edib. Əgər Tofiq Yaqublu müraciət etsə, müraciət məqsədəuyğun hesab olunsa, prezident onu bir günün içərisində əfv edə bilər. Bu hüququ Konstitusiya prezidentə verib, onu heç kim məhdudlaşdıra bilməz”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az