"Mahmud Kərimov kimi saxta akademiklər beyin mərkəzi yarada bilərmi?”

"Mahmud Kərimov kimi saxta akademiklər beyin mərkəzi yarada bilərmi?”

“Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun akademikliyi saxtadır”

“Dünya ölkələrinin hamısında universitetlər və akademiyalar həmin ölkələrin beyin mərkəzləri hesab olunurlar.  Azərbaycanda isə fərqli vəziyyət var”. Bu fikirləri “Vətəninfo.az”-a  açıqlamasında professor Qüdrət İsaqov bildirib. Onun sözlərinə görə, tədris və elm müəssisələrinin hamısında dövlətin gələcəyi və onun dünya düzənində, regional münasibətlər sistemində yeri, dövlətin bu günü və strategiyaları müzakirə olunur və bu müzakirələrin nəticələri qərarlar şəkilində qəbul olunmaq üçün parlamentlerə və hökumətə verilir: “Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl universitetlərin heç birində dövlətin bu günü, yaxın və uzaq strateji inkişafı haqqında heç bir zaman müzakirələr aparılmayıb və aparılmayacaq. Yəni Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl universitetlərin heç biri Azərbaycan dövlətinin beyin mərkəzi sayıla biləcək səviyyədə yüksək qurumlar deyillər. Bu gün Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl universitetlərin əksəriyyətinə elm və təhsil sahəsinə Biləcəridən o tərəfə tanınmayan şəxslər rəhbərlik edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun isə akademikliyi saxtadır. Yəni saxta akademik Azərbaycan elminə rəhbərlik edir. Ona görə də bu insanlardan Azərbaycanın gələcəyi haqqında hər hansı strategiyaların yaradılmasını gözləmək, belə proqramları yarada bilən insanları qiymətləndirmək kimi nəcib və yüksək hərəkətlər gözləmək cəfəngiyyatdır. Belə olan halda təbii bir sual ortaya çəxır. Azərbaycanın beyin mərkəzi haradadır? Saxta akademik AMEA prezidenti olan ölkədə bu suala cavab vermək olarmı?”,  – deyə Q.İsaqov əlavə edib. 

Oral MƏDƏNÇİ



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az