"MƏN DƏ ÖLKƏMİN BİR HİSSƏSİNİN İŞĞAL ALTINDA OLMASI İLƏ BARIŞA BİLMƏZDİM”

"MƏN DƏ ÖLKƏMİN BİR HİSSƏSİNİN İŞĞAL ALTINDA OLMASI İLƏ BARIŞA BİLMƏZDİM”

ÇEXİYA PREZİDENTİ: “AZƏRBAYCANI YAXŞI BAŞA DÜŞÜRƏM. MƏN DƏ ÖLKƏMİN BİR HİSSƏSİNİN İŞĞAL ALTINDA OLMASI İLƏ BARIŞA BİLMƏZDİM”

"Vətəninfo.az"ın mediaforum saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Çexiya prezidenti Vatslav Klaus bildirib.

Praqada Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Çexiya prezidenti Vatslav Klausun birgə mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər, sonra jurnalistlərin suallarını cavablandırıblar. Vatslav Klaus deyib ki, əgər onun ölkəsinin bir hissəsi işğal altında olsaydı, o da buna dözməzdi, buna görə də Azərbaycanın Qarabağ məsələsində mövqeyini daha yaxşı anlayır: “Mən bu məsələsi açıq bəyan edirəm ki, Azərbaycanı yaxşı başa düşürəm. Mən də ölkəmin bir hissəsinin işğal altında olması ilə barışa bilməzdim. Amma əfsus ki, mən bu məsələnin hansısa möcüzəli şəkildə həlli yolunu təklif edə bilmərəm”.

Mətbuat konfransında bildirilib ki, prezidentlər görüşləri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın vəziyyətini də müzakirə ediblər. Vatslav Klaus bildirib ki, onun ölkəsi hazırda neftə tələbatının 25 faizini Azərbaycandan alır.

İlham Əliyev əlavə edib ki, danışıqlarda Azərbaycanda infrastruktur layihələrinin icrasına Çexiya şirkətlərinin də cəlb edilməsi müzakirə olunub və Bakı onlara hər cür şəraiti yaratmağa hazırdır.

Çexiyalı jurnalistlərin Suriya mövzusunda suallarına cavabında Azərbaycan prezidenti bildirib ki, Bakı bu məsələdə Kofi Annanın planına tam dəstək verir: “Azərbaycan Suriya ilə bağlı Annan planını müdafiə edir. BMT Təhlükəsizlik Şurasında da bu mövqeni müdafiə edirik. Ümid edirik ki, vəziyyət tezliklə tənzimlənəcək, günahsız adamların öldürülməsinin qarşısı alınacaq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az