ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev rüşvət almaqda ittiham edilən Gülər Əhmədova ilə video-reportaj hazırlayıb. Video görüntü də Mirşahin bəy açıq-aşkar Gülər xanımı müdafiə edərək bildirir ki, nə yaxşı qadın bir deputat, millət vəkili olmaq istəyən şəxsə pulla bağlı güzəştə getmədi. Əks halda gizli kamera ilə insanları lentə alan və rüşvətxor bir deputatımız olacaqdı. Mirşahin Ağayevin fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verən İnsan Haqları Uğrunda İctimai Birliyinin Eynulla Fətullayev maraqlı fikirlər səsləndirdi. Eynulla bəy qeyd etdi ki, Mirşahin Ağayev Azərbaycan cəmiyyətinə və xalqına məlum olan bir simadır: “ Daha doğrusu onun simasız və prinsipsiz jurnalist olduğunu hamı bilir. Bu adamın hər hansı bir dəyəri və prinsipləri yoxdur. O, hər hansı sifariş əsasında hərəkət edən jurnalistdir. Mirşahin Ağayev Azərbaycan televiziyasında olan bir ləkədir. Hesab edirəm ki, Mirşahin Ağayevin fikirlərinə o qədər də önəm vermək lazım deyil.”
Mirşahin Ağayevin bağlanmış bir mövzu olduğunu bildirən müsahib, “6-7 il bundan qabaq onunla bağlı hansısa təəssüf hissləri keçirmək olardı. Lakin hazırda hər hansı bir təəssüf hissinə də yer qalmayıb”, - deyə bildirdi.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.