"Müxalifətin videoqalmaqaldan yararlanmaq istəyi iflasa uğrayacaq"
Aydın Hüseynov: "Gülər Əhmədova olayının siyasiləşdirmə cəhdi uğursuz taktikadır"
"Müxalifətin Gülər Əhmədova olayından yararlanmaq cəhdi uğursuz siyasi taktikadır və iflasa uğrayacaq». Bunu «Həftə içi»nə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, heç bir partiya Gülər Əhmədova xarakterli insanlardan sığortalanmayıb: «Yeni Azərbaycan Partiyasının da 600 min üzvü var, Gülər Əhmədova da sravi üzvlərdən biridir. Müxalifətin dediyi kimi, YAP-ın aparıcı simalarından deyil. Biz, hüquqi dövlətdə yaşayırıq. Ona görə də kimliyindən asılı olmayaraq hər kəs layiqli cəzasını almalıdır. Etibardan istfadə edrək dələduzluqla məşğul olan şəxs kimi Gülər Əhmədova barəsində cinayət işi açılıb və hazırda istintaq gedir. Bu məsələ ilə bağlı YAP rəhbərliyi, eləcə də dövlət rəsmiləri fikirlərini bildiriblər. Bəyan ediblər ki, heç kim əyri yollarla dövlət orqanlarında təmislçilik qazana və parlamentə düşə bilməyəcək. Elşad Abdullayevin də bu niyyəti baş tutmayıb. Parlament seçkili orqandır və əhalinin seçdiyi şəxslər orada təmsil olunurlar. Bu səbəbdən də müxalifətin fürsətcillik edərək bu dələduzluq faktından yararlanmağa çalışması onların hansı durumda olmasının, nə qədər zəfif olmalarının göstəricisidir. Parlamentin buraxılması tələbi ilə icazəsiz etiraz aksiyası keçirməyə cəhdlə yenə də təxribat törətməyə çalışırlar. Özünü güclü sayan və xalqa arxalanan siyasi təşkilatlar xalqın səsini qazanar və hakimiyyətdə təmisl oluna bilərlər. Bunu bacarmayanda, yəni xalqın dəstəyini qazana bilməyəndə əyri yollara əl atmağa çalışırlar. Gülər Əhmədovanın əməllərini siyasiləşdirərək gündəmdə saxlamaq, bu hadisəni bütövlükdə YAP-ın adına yazmaq və beləliklə də hakimiyyəti gözdən salmağa cəhd edirlər. YAP Gülər Əhmədovanı müdafiə etmir və yüsək səviyyədə də buna münasibət bildirilib. Bu hüquqi müstəvidə həll olunmalıdır və öz həllini tapacaq. Bu hadisənin siyasiləşdirmək cəhdlərinin isə iflasa uğraması labüddür». YAP rəhbərliyində təmsil olunanlarnın G.Əhmədovanı təhqir etməsinə gəlincə isə A.Hüseynov YAP funksionerlərinin heç kimi təhqir etmədiyini dedi: «Bu, bəzi müxalif qəzetlərin «xidməti»dir. Qaldı ki, kiminsə kimi təhqir etməsinə bu hadisədən sonra gərək G.Əhmədova heç olmasa səsini çıxarmasın. Dilini dinc qoymaq əvəzinə sosial şəbəkələrdə ağzına gələni yazır, sonra da «mən qadınam, məni təşhqir edirlər» deyə hay küy qaldırır. Sadəcə olaraq ayıbdır".