"Neftin dünya bazarında qiymətinin artmasında iyun və iyul ayları həlledicidir"

"Neftin dünya bazarında qiymətinin artmasında iyun və iyul ayları həlledicidir"

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov neftin qiyməti 3-7 ili əhatə edəcək ortamüddətli perspektivdə 75-80 dollardan yuxarı olacağını deyib.

Vahid Ələkbərov bildirib ki, 2014-cü ildə neftin ucuzlaşmasında siyasət heç də əsas rolu oynamayıb. “Lukoyl” rəhbəri neftin ucuzlaşmasınnın səbəbinin daha çox texnoloji və iqtisadi proseslər olduğunu deyib.
Vətəninfo.az-ın məlumatına görə, Vahid Ələkbərovun neftin qiymətləri ilə bağlı proqnozlarını iqtisadçı ekspert Vüqar Bayramov Ölkə.az-a şərh edib.
Vüqar Bayramov: "Neftin dünya bazarında qiymətinin aşağı düşməsinin səbəbi yalnız iqtisadi və texnoloji səbəblər deyildi. Neftin dünya bazarında qiymətinin aşağı düşməsinin birmənalı şəkildə siyasi səbəbləri var. Tələbatın azalması, texnolji olaraq yeni neftin istehsal edilməsi dünya bazarına öz təhsilini göstərir, ancaq etiraf etmək lazımdır ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsində siyasi faktorlar da var.
Neftin dünya bazarında qiymətinin 75-80 dollar ətrafında olması Azərbaycan üçün məqbuldur. Əgər neftin dünya bazarında qiyməti 80 dollar civarında olarsa o zaman bu imkan verir ki, Azərbaycan büdcə öhdəliklərinə tam əməl etsin, Dövlət neft fondunun rezevlərində artım olsun, manatın stabilliyi qorunub saxlansın. Neft bazarında bugünkü tendensiya göstərir ki, çox böyük ehtimalla 2015-ci ildə neftin dünya bazarında orta qiyməti 80 dollar ola bilməyəcək. Neftin dünya bazarında qiymətinin artmasında iyun və iyul ayları həlledicidir. əgər yay aylarında dünya bazarında qiymətində artımlar müşahidə edilməsə 2015-ci ildə neftin dünya bazarında qiymətində kəskin artım müşahidə edilməyəcək. Yay aylarında ABŞ və Avropada benzinə tələbat artır və bu da neftə olan tələbatın artmasına gətirib çıxarır. Hələlik bazardan gələn siqnallar neftin dünya bazarında qiymətinin artacağına nikbinlik yaratmır.
2016-2017-ci illərlə bağlı praqnoz vermək çətindir. Ona görə ki, bu tələb, təklif və siyasi vəziyyətdən aslıdır. OPEK-in qəbul edəcəyi qərar da neftin 2015-ci və digər illərə dünya bazarındakı qiymətinə təsir göstərəcək.
Neftin ortalama qiymətinin 80 dollar olması Azərbaycan üçün manatın devalvasiya riskinin aradan qalxması deməkdir. Manatın əvvəlki vaxtındakı kimi möhkəmlənməsi iqtisadi baxımdan da uyğunsuzdur, ona görə ki, yenə də Azərbaycanın qeyri-neft sektorunun inkişafının tormozlanmasına gətirib çıxaracaq. 1 manat = 1 dollar məzənnəsi Azərbaycan iqtisadiyyatı üçün uyğundur. Manatın devalvasiya etməməsi xarici valyutaya tələbin azalmasına və Mərkəzi Bankın intervensiya xərclərinin azlamasına gətirib çıxardacaq. Neftin dünya bazarında qiymətinin 80 dollar olması manatın stabilləşməsinə, devalvasiya riskinin aradan qaldırılmasına gətirib çıxaracaq".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az