Son günlər 2013-cü ildə keçiriləcək prezident seçkiləri və müxalifətin vahid namizədlə iştirakı məsələsi daha çox müzakirə olunmaqdadır. AXCP sədri Əli Kərimli vahid namizədin müəyyənləşməsi üçün AXCP-Müsavat arasında ilkin seçkinin keçirilməsini irəli sürür və ilkin seçkidə kim qalib gələrsə, onunda vahid namizəd olmasını təklif edir. Yəni bu deyilənlər baş tutarsa iki partiyanın bir namizədi olacaq. Maraqlı olan məqam ondan ibarətdir ki, İçtimai Palataya daxil olan digər qüvvələrdə AXCP sədrinin mövqeyini müəyyən mənada dəstəkləyirlər. Amma, Müsavat partiyasının başqanı İsa Qəmbər ilkin seçki məsələsinə bir o qədər isti münasibət göstərmir.
Hazırda İsveçdə yaşayan Milli Qəhraman Şahin Tağıyev də müxalifətin vahid namizəd məsələsində mövqeyinə toxunub.
“Vətəninfo.az”-a danışan milli qəhraman müxalifətlə bağlı bunları bildirib:
“Mənim fikrim budur ki, əvvəl hər kəs namizədliyini versin və sonda da aralarında kimin reytinqi yüksəkdirsə, o da vahid namizəd olsun”,deyən milli qəhrəman müxalifətin vahid namizəd məsələsində razılığa gəlmə ehtimalına toxunub. Onun sözlərinə görə, o vahid namizəd məsələsində bütün müxalifət vahid mövqeydə olmalıdır.
“Bu dəfə də razılaşmasalar gərək onda şələ-şülələrini yığışdırıb bir kənarda dursunlar. Bundan başqa elə bir yolları qalmır”.
Milli Qəhramandan konkret olaraq, hansı liderin şələ-şüləni yığıb kənarda durmasını istəməsini soruşduq.
“Artıq bəsdir bu xalqı fikirləşirlərsə, onda vahid namizəd məsələsinədə razı olmalıdırlar. Mən sözümü həmişə açıq demişəm. Yenə də deyirəm. əgər Əli bəy İsa bəy razı olmasalar vahid namizədliyə, o zaman hər ikisi şələ-şüləsin toplayıb çəkilsinlər kənara. Bunlar ayrı-ayrılıqda namizəd olsalar qələbədən söhbət gedə bilməz”.
Şahin Tağıyev vahid namizəd məsələsində hazırda okeanın o tayında olan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin kimə daha çox dəstək verəbilmə ehtimalınada toxunub.
“Rəsul Quliyevin qatarı çoxdan gedib. Onun hər hansı birinə dəstək verməsi bir o qədər seçkilərdə qalib gəlməyə belə kömək etməz”. Milli Qəhraman sonda onuda bildirdi ki, bu gün müxalifət aksiya keçirir. Amma Müsavatçılar aksiyanı Müsavatının keçirdiyini bəyan edirlər.
“Onlara demək lazımdır ki, aksiyanı Müsavat deyil, İP-ə daxil olan partiyalar keçirir”.
Kənan
“Vətəninfo.az”