"Rusiyameylli qüvvələrin hakimiyyətə gəlməsi mümkünsüzdür”

"Rusiyameylli qüvvələrin hakimiyyətə gəlməsi mümkünsüzdür”

2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir. Bununla əlaqədar olaraq Azərbaycan ətrafında cərəyan edən hadisələr və proseslər qabarmağa başlayıb.

Bu fikirləri “Veteninfo.az”a Azərbaycan parlamentinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli qarşıdan gələn president seçkilərində Rusiyanın təsirləri ilə bağlı fikirlərini şərh edərkən bildirdi:

“Bununla yanaşı müxtəlif ölkələr həmin situasiyadan öz xeyirlərinə iştifadə etməyə başlayıb, əlbəttə ki, Azərbaycana təpgilərini artıracaq, digərləri Azərbaycandan umacaqlarını reallaşdırmaq üçün manevr edəcək, başqa birisi təxribatlar yaratmağı çalışacaq və s. Rusiya da Azrbaycanda sarsılan mövqelərini nisbətən bərpa etmək, Qəbələ radiolakasıya stansiyasını bundan sonra da əldə saxlamaq. bəlkə də hərbi bazaya çevirməkdən ötrü təpgi göstərəcək. Bütün bunlar təbii ki, seçki qabağı ən azı psixoloji rahatsızlıqlar yaradacaq”,-deyə millət vəkili qeyd etdi.

Millət vəkili onu da əlavə edib ki, belə şeylərlə Azərbaycana sarsıdıcı zərbə vurmaq mümkün olmayacağını söylədi:

“Ona görə də Azərbaycanda Rusiyameylli qüvvələrin hakimiyyətə gəlməsi mümkünsüzdür. İki ay əvvəl Gürcüstanda parlament seçkilərində Saakaşvilinin əleyhinə səs verənlərin bir hissəsi hakimiyyət dəyişikliyinin "40-ı" çıxmamış "Mişa bizi bağışla" deməyə başlayıb. Yeni hökumət Rusiyameylli kimi xarakterizə olunsa da, bunu edə bilmir. Bu da əyanı sübut ki, Gürcüstanda olduğu kimi, Azərbaycanda da Rusiyameylli hökumətə yer yoxdur və Allahın köməyi ilə olmayacaq da... Çünki Azərbaycanda buna müqavimət göstərmək gücündə olan qüvvələrin potensialı yetərincədir”.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az