Türkiyədə çıxan "Yeni Şafak" qəzeti bu məsələdə general Əli Nağıyevin adının çəkildiyini də yazıb.
Bu barədə “Veteninfo.az” musavat.com-a istinadən xəbər verir. Türkiyənin hakim partiyası AKP-yə yaxın olan "Yeni Şafak" qəzetinin dünəniki sayında ötən ay Azərbaycandan baş verən həbslərdən, konkret olaraq, "Texnikabank" rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsindən bəhs edən yazı dərc olunub.
Materialda bir sıra maraqlı təfərrüatlar var. Məsələn, qəzetin yazdığına görə, "Texnikabank"in icraçı direktoru Etbiar Əliyevin və digərlərinin həbs sifarişi Gürcüstan prezidenti Mixail Saakaşvilidən gələb. Saakaşvili ötən ay Bakıda səfərdə olarkən Azərbaycan prezidenti İlham Əliyevdən belə bir xahiş edib və xahiş yerinə yetirilib.
Yazıda AMAY ticarət firması ilə "Texnikabank" arasında gedən intriqaya da toxunulub və qeud olunub ki, E.Əliyev Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini general Əli Nağıyevin köməyi ilə ""bu firmanı Abdulla Abdullayevdən ucuz qiymətə almaq istəyirmiş.
"Yeni Şafak"ın məqaləsində göstərilir ki, Saakaşvilinin İlham Əliyevdən belə bir xahiş etməsinin əsas səbəbi Gürcüstan prezidentinin bir yaxın dostunun "Texnikabank" rəhbərliyi tərəfindən aldadılmasıdır. Saakaşvili bu durumu İlham Əliyevin nəzərinə çatdırıb və görüşdükləri zaman apardıqları söhbətdə Əli Nağıyevin də adını çəkib. Bundan sonra MTN-ə göstəriş verilib və E.Əliyev həbsə alınıb.
Qəzetin yazdığına görə, hazırda Əli Nağıyevin barəsəində də araşdırma aparılır və əgər onun bu iqtisadi cinayətə ortaq olması ortaya çıxarsa, generalın barəsində ciddi tədbirlər görüləcək.
Onu da qeyd edək ki, "Texnikabank" rəhbərliyinin həbsində Gürrcüstan prezidentinin rolu olması versiyası bu mövzuda yazdığımız yazılarda qeyd olunub.