"Texnikabank"la bağlı yeni iddialar...

"Texnikabank"la bağlı yeni iddialar...

Bankın keçmiş rəhbərləri ölmüş insanların adına külli miqdarda vəsaiti kreditləşdiriblər

İki gün əvvəl Etibar Əliyevin ən yaxın müttəfiqi "KredAqro" BOKT-un sabiq sədri, hal-hazırda "MolBulak" BOKT-un rəhbəri Eldar Cəfərov MTN-ə dəvət olunub və axşam saat 19.00-a kimi izahatı alınıb. 

Veteninfo.az-a bu barədə açıqlama verən etbarlı mənbənin sözlərinə görə, bu izahatı almaqla, onu Etibar Əliyevlə üz-üzə qoymaq istəyiblər. Onun fikrincə, Eldar bu izahatı özünü və sərvətini qurtarmaq üçün verib və düşünüb ki, artıq onun azad olunacağına ümüd qalmayıb. 

Məlum olduğu kimi, onların bir çox ortaq biznesləri var. Bunlar "İnvest" BOKT, "Finans" Texnoloji BOKT, "Omini" BOKT bank olmayan kredit təşkilatları (hər birində hər iki şəxsin yaxın adamlarına aid 100.000-lə səhmlər var), Tovuz rayonu Düz-Qiriqli kəndi ərazisində "Ocaq" şadlıq sarayıdır (Eldar Cəfərov həmin kənddən olsa da, Etibar Əliyevin anası o kənddəndir). 

Türkiyə və Rusiyadaki biznesləri, Bakıda şərikli tikinti biznesi və ən asası yeni yaranmış "MolBulak" BOKT-ki Etibar Əliyevin səhmlərinin həcmi MTN tərəfindən araşdırılan məsələlərdəndir. 

Bundan əlavə Eldar Cəfərovun "KredAqro" BOKT-un direktoru işlədiyi vaxt Etibar Əliyevlə birlikdə etdiyi maxinasiyalar (əsasən ölmüş şəxslərin adına kreditlər rəsmiləşdirərək “Texnikabank”a məxsus "Alfa" Sığorta təşkilatı vasitəsi ilə mənimsəmələr) və filial ofislərinin tikintisində olan yeyintilərin miqdarı da hal-hazırda araşdırılır.

Qeyd: Təşkilatin yeni sədri, Texnikabankın keçmiş işçisi Məcid Əsədov Etibar Əliyevin "KredAqro" BOKT-un baş ofisində daxili nəzarətçi işləyən qardaşı Rafiq Əliyevin yerini Tovuz Filialına dəyişərək, MTN-in diqqətindən kənarda qalmağa çalışsalar da, bu məsələ də istintaqa məlum olub. 

Qeyri-rəsmi məlumata görə, Eldar Cəfərovun Texnikabankda işləyən qardaşı Elçin Cəfərov da Etibar Əliyevlə birlikdə həbs olunanlar arasındadır. 

Rövşən Ziya



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az