"Azərbaycan torpaqlarının dörddə biri erməni işğalı altında ikən, Orxan Pamuk kimi Türk əleyhdarı və erməni tərəfdarı yazıçını oxumaq, Azərbaycan torpaqları üçün şəhid olanların xatirəsinə hörmətsizlikdir".
Müsahibimiz Gökçe Fırat Çulhaoğlu Türkiyədə Ulusal Partiyasının sədri və yazıçı - jurnalistdir. Eyni zamanda "Türksolu" qəzetinin baş redaktorudur. Atatürkçülük, Türk milliyyətçiliyi və sosializmi sintezləyərək Milli Sol İdeologiyasını ortaya çıxarıb. Mərmərə Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Əməliyyat bölümündən məzun olub. Daha sonra İqtisadi inkişaf sahəsində çalışıb. 2000-ci ildə "İrəli" jurnalını təsis edib. 2002-ci ildə qurulan Atatürkçü, Milliyyətçi və solçu düşüncəyə bağlı olan "Türksolu" qəzetinin təsisçisi və baş redaktorudur. Bu günə qədər 17 kitabı nəşr olunub.
- Gökçə Fırat bəy Azərbaycan oxucularına bir az özündən bəhs edə bilərmi?
- 1974-cü ildə İstanbulda anadan olmuşam. Mərmərə Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi məzunuyam. Universitet illərindən etibarən Atatürkçü mübarizənin içində yer almışam. 2000-ci ildən etibarən 3 aydan bir nəşr olunan "İrəli" adlı Atatürkçü fikir jurnalının nəşr olunmasına rəhbərlik etmişəm. 2002-ci ildə isə "TÜRKSOLU" adlı həftəlik siyasi qəzeti nəşr başladım və on ildir də həmin jurnalın baş redaktorluğunu həyata keçirirəm. 2010-ci ildə isə Ulusal Partiyasını qurdum və həmin partiyanın sədri vəzifəsində çalışıram.
- Gökçə Fıratın gözündə Azərbaycan haradır? İlk "Azərbaycan" sözünü eşidəndə gözlərinizin önünə nələr gəlir?
- Azərbaycan mənim üçün elə də uzaqlarda olan bir torpaq parçası deyil. Əksinə o, ürəyimin bir parçasıdır. Azərbaycan mənim canımdır. Elə ona görə də Azərbaycan adının "can" hissəsi məni həmişə hər dəfə bu adı eşidəndə ayrı bir formada həyəcanlandırır. Türkiyə nə qədər vətənimdirsə Azərbaycan da mənim o qədər vətənimdir.
- Siyasi fikirinizin Qaliyevdən və Atatürkden başladığını qeyd edirsiniz. Bu baxımdan mən istərdim öyrənəm, Azərbaycan sol milliyyətçiliyinin başında dayanmış Nəriman Nərimanovun sizin düşüncənizdə yeri haradadır?
- Siyasi dünyagörüşümüzün kökündə Atatürk var. Atatürk Türkiyənin qurucusu və Türk millətini xilas edən bir xilaskardır. Amma eyni zamanda Atatürk böyük bir Türkçüdür. Buna görə də bizim milliyyətçi fikrimiz Türkiyə ilə məhdud deyil, əksinə bütün Türk dünyasını əhatə edir. Bu çərçivədən baxdığımız zaman Atatürk Türkiyəni düşmən işğalından xilas edəndə Azərbaycandan ona dəstək olan böyük bir milliyyətçi kimi Həriman Nərimanovu görürük. Nərimanov da Atatürk kimi, Sultan Qaliyev kimi, Turar Rıskılov kimi sol görüşlərə sahib olmaqla birlikdə eyni zaman Türk milliyyətçiliyinə əsla taviz verməyən böyük bir isimdir. Qaliyevdən söz açılmışkən qeyd etməliyəm ki, Sultan Qaliyevin bütün əsərlərinin Türkiyədə nəşrinə nail olduq. Sultan Qaliyevlə başlayan işlərimiz digər Türk böyükləri ilə davam edəcək.
Bizim düşüncə Türk milliyyətçiliyini milli bir formada yenidən formalaşdırır və insanlara təqdim edir. İndiyə kimi Marksist, Sovetlərə bağlı, Stalinçi, Maocu kimi təqdim edilən sol düşüncənin qarşısına bizlər Türkçü bir sol axımı kimi çıxırıq.
- Azərbaycan ədəbiyyat və sənət ictimaiyyətinə diqqətinizlə tanınırsınız. Bir az da bu mövzuda oxucularımızı məlumatlandıra bilərsinizmi?
- Azərbaycan tarix boyunca böyük sənət hərakatlarının mərkəzində olub hər zaman. Təbriz və İsfahan kimi sənət tarixi baxımından çox əhəmiyyətli iki möhtəşəm şəhər təəssüf ki, hal - hazırda İran sərhədləri daxilindədir. Halbuki, bu bölgələr Türklərin qədim nəsim,çini, miniatür kimi sənətlərinin əsas və dəyərli məktəblərinə hər zaman ev sahibliyi edib. Azərbaycan şeir ənənəsində Şah İsmayıldan bəri türk dünyasına həmişə çox güclü təsir dairəsinə malik olub. Füzuli isə həm Osmanlının, həm də Azərbaycanın ortaq şairi sayılır. Nəsrəddinimiz, Koroğlumuz, Dədə Qorqudumuz ortaq dəyərlərimizdir. Anadolu və Azərbaycan arasında ortaq bir sənət anlayışı var. Amma təəssüf ki, bu gün Türkiyədə xüsusilə Qərb dillərindən tərcümələr edilməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatına maraq o qədər güclü deyil. hələ də Azərbaycan ədəbiyyatından tərcümələr edilmir. Biz bu səhv tendensiya ilə mübarizə aparmaq üçün Azərbaycanın klassik və müasir sənət əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdırmağı qərara aldıq. Bu sahədə müəyyən addımlar atmışıq və davamı da gələcək. Yunus Oğuzun "Nadir Şah", "Şah Təhmasib" kimi romanları Türkiyə türkcəsində nəşr olunub. Azərbaycan tarixinin əhəmiyyətli şəxsiyyətlərini Türkiyə Türklərinin də tanıması, bilməsi və sevməsi lazımdır. Bu yöndə əhatəli bir tərcümə proqramımız var. Önümüzdəki aylarda Türkiyədə Azərbaycan ədəbiyyatının ən seçmə əsərləri Türk oxucularının iztiyarına veriləcək.
- Artıq Sovet İttifaqının dağılmasından iyirmi ildən çox bir müddət keçib. Nələr dəyişib Türkiyənin Azərbaycana yanaşmasında? Sizcə bu yanaşmada bir durğunluq hiss edilmir ki?
- Sovet İttifaqının dağılması bir tərəfdən çox sevindirici bir inkişaf oldu Türk xalqları üçün. Digər tərəfdən 70 illik Sovet zülmü altında bütün Türk xalqları bir-birlərindən, öz tarixlərindən, özlərindən o qədər qoparılmış olduğunu da görmüş olduq. Hazırda zəif olduğumuz bu sahələri daha yaxşı görüb dəyərləndirə bilirik. Türkiyə və Azərbaycan isə Türk dövlətləri içində bir-birinə coğrafi baxımdan da, dil olaraq da, mədəni olaraq da ən yaxın olan iki dövlətdir. Bizlər həmişə Türkiyə və Azərbaycanın tək bir dövlət kimi birləşməsini müdafiə edirik. 1500 ildir mövcud olan bu süni sərhədləri ortadan qaldırmaq məcburiyyətindəyik. Bu əlbəttə çətin bir layihədir, amma biz bunu həyata keçirmək məcburiyyətindəyik. Prioritet məsələ kimi Türkiyə və Azərbaycan arasında qurulacaq federativ və ya konfederativ bir birgəyaşayış modeli üçün ilk addım atmalıyıq. Amma Türkiyə dövlətinin bu istiqamətdə bir siyasəti yoxdur. Və Azərbaycan dövlətini və millətini incidəcək siyasət də izlənilib indiyə kimi. Bütün bunlara baxmayaraq idarəçilər, hökumətlər gəlib keçicidir. Əhəmiyyətli olan xalqın nə istədiyidir. Bu gün Azərbaycanda və Türkiyədə xalqın birləşməyi istədiyini bilirik. Biz də bu birlik üçün çalışmaqdan imtina etməyəcəyik.
- Bir müddət əvvəl İstanbulda Taksim meydanında Xocalı soyqırımı ilə bağlı keçriilən Xocalı mitinqinə böyük dəstək verdiniz. Sizcə dərdlərimizi bir ağızdan söyləməyimiz vəziyyəti az da olsa dəyişdirəcəkmi?
- Xocalı üçün Taksimdə keçirilən mitinq yaxşı bir başlanğıcdır. Biz bunu bir oyanış günü olaraq görürük. Xalq ilk dəfə ağrısını, dərdini bir yerdə söyləməyə başlamış və bunu bir hərəkata çevirmişdir. Türk milləti, ağrısını, çəkdiklərini qışqırmaq, haqqını tələb etmək üçün küçəyə tökülmək məcburiyyətindədir və bu mitinqlə bu yolda çox əhəmiyyətli bir addım atılmışdır. Türk meydana endiyində ermənilər və ermənipərəstlər inanın qaçmağa yer axtaracaq.
- Azərbaycanda Türkiyədən müəyyən ədəbiyyatçıların brend kimi təqdim olunmasına reaksiyanız necədir? Məsələn Orxan Pamuk, Elif Shafak kimi adların Azərbycan ədəbiyyatında örnək yazarlar kimi təqdim edilməsinin arxa planında nələr yatır?
- Azərbaycanda Türkiyədən Orxan Pamuk və Elif SHafak kimi yazarların kitablarının nəşr olunduğunu bilmirdim və eşidəndə düzü çox kədərləndim. Azərbaycan xalqı, bu yazarların kim olduqlarını deyəsən bilmir.
Orxan Pamuk adlı yazar, Türkiyədə Ermənipərəst çıxışlarıyla məşhurdur. Türklərin 1.5 milyon ermənini soyqırıma məruz qoyduğunu iddia etmişdir. Azərbaycan torpaqlarının dörddə biri erməni işğalı altında ikən, Orxan Pamuk kimi Türk əleyhdarı və erməni tərəfdarı yazıçını oxumaq, Azərbaycan torpaqları üçün şəhid olanların xatirəsinə hörmətsizlikdir
Bənzər bir vəziyyət Elif SHafak üçün də keçərlidir. Elif Shafak, Fətullahçıların nəşr etdiyi media orqanında yazılar yazan, erməni tərəfdarı, Atatürkün qurduğu cümhuriyyətin əleyhdarı olan bir yazardır. Mövlana və Tebrizli Şəmsin hekayəsini qələmə aldı, amma yazdıqları daha əvvəl yazılmış olanların demək olar ki, surətidir. Xüsusi bir dəyəri yoxdur, amma qaldı ki, Təbrizli Şəmsin və Mövlananı müdafiəsi Fətullahçılara qalıb? Azərbaycan oxucusunu tövsiyəmiz budur ki, satışa çıxarılan hər yazıçının yazdığı kitaba inanmasınlar aldanmasınlar. Türk əleyhdarlarını yaxşı tanısınlar.
Söhbətləşdi: Oktay Hacımusalı