"Türkiyə sonsuza qədər Azərbaycanın yanındadır"

"Türkiyə sonsuza qədər Azərbaycanın yanındadır"

Abdulkadir Erkahraman: "Türkiyə bütün potensialını münaqişənin həll olunmasına sərf edir və bütün beynəlxalq tədbirlərdə bu haqda dünya ictimaiyyətinə bilgilər verir" 

Türkiyədə fəaliyyət göstərən Beynəlxalq İqtisadiyyat və Ticarət Dərnəyinin sədri Abdulkadir Erkahramanın Veteninfo.az"a müsahibəsi 

- Abdülkadir bəy, Ermənistanın separatçı Dağlıq Qarabağ rejimini 2015-ci ilə qədər ən azından kiçik və çırtdan dövlətlər tərəfindən tanıdacağı ilə bağlı mətbuatda fikirləri yer almaqdadır. Sizcə, belə bir addım atılarsa, bölgə üçün nələr vəd edir?

- Ermənistan nə üçün münaqişənin həll olunmasında maraqlı deyil?

- Bilirsiniz, problemin uzanmasında başqa güclərin rolu var. Nəzərə almaq lazımdır ki, münaqişə həll olunarsa, Azərbaycan və Türkiyənin bölgədə və dünyada mövqeləri güclənəcək. Bu isə bir çox qüvvələrə sərf eləmir. Onsuz da türklərin bölgədə nüfuzu artmaqdadır. Üstəlik, iki qardaş ölkə, bölgənin ümumi inkişafı ilə bağlı yürütdüyü ortaq iqtisadi siyasət, iki dövlətin gücünü artırmaqdadır. Nəzərə almaq lazımdır ki, türk dünyasının birliyi istiqamətində güclü işlər getməkdədir. Ümumilikdə, Qarabağ məsələsinin mövcudluğu və prosesin bu formada uzanması Azərbaycanın başının qatmasına hesablanan bir siyasi oyundur.

- Ümumiyyətlə, Türkiyənin Dağlıq Qarabağ münaqişəsində fəallığı münaqişənin həllinə hansısa bir formada müsbət təsir göstərəcəkmi?

- Bu gün Azərbaycan-Türkiyə arasında olan iqtisadi əlaqələrin inkişafı sizi qane edirmi?

- Hər iki ölkənin rəsmiləri açıqlamalarında qurulan iqtisadi və ticari əlaqələrin daha da artacağını qeyd edirlər. Bu gün əlaqələrimiz inkişaf edir. Xüsusilə, qarşılıqlı yatırım siyasəti artmaqdadır. Son illər azərbaycanlı iş adamları Türkiyənin müxtəlif sahələrinə yatırımlar qoymaqdadır. Bu çox müsbət haldır. Amma hesab edirəm ki, bunu daha da artırmaq lazımdır. 

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az