"Veysəloğlu"dan jurnalistlərə jest - Foto

"Veysəloğlu"dan jurnalistlərə jest - Foto

“Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən sentyabrın 5-6-da jurnalistlərin Qəbələ və Oğuz rayonlarına infoturu təşkil edilib.

Müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 50-yə yaxın jurnalist əvvəlcə Qəbələ şəhərinin mərkəzindəki “Qafqaz Karvansaray Otel”də yerləşiblər. Burada nahar fasiləsindən sonra şirkətin 20 illik fəaliyyəti ilə bağlı qısa təqdimat keçirilib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə təmsil etdiyi qurumun Azərbaycanda ən böyük distribütor şirkəti sayıldığını, dünyanın 100-dən artıq fabrik məhsullarının ölkəmizdə dağıtımı ilə məşğul olduğunu bildirib.

Mərasimdə şirkətin fəaliyyətini özündə əks etdirən videoçarx izlənilib, jurnalistlərə hədiyyələr təqdim edilib.

Mərasimin ardınca media təmsilçiləri şəhər ərazisində gəzintiyə çıxıblar. Jurnalistlər gəzinti çərçivəsində Tufandağ Qış-Yay Turizim Kompleksi ilə də yaxından tanış olublar. Elə həmin gün jurnalistlər  5 ulduzlu   "Qafqaz Karvansara" otelində  gecələyiblər.

Səfərin ikinci günü isə media nümayəndələri Oğuz rayonunun Xal-xal meşəsində istirahətlərini davam etdiriblər. Günün sonunda infotur iştirakçıları Bakıya qayıdıblar.


Qeyd edək ki, 1994-cü ildə  qurulan  Veysəloğlu Satış və Distribütor şirkəti  ölkənin ən böyük  Distribütor şirkətidir.  İlk zamanlar topdan satış mərkəzi kimi  fəaliyyətə başlayan  şirkəti  inkişaf edərək, hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib. Yalnız Türkiyə Respublikasından qida məhsulları idxalı ilə fəaliyyətə başlayan  Veysəloğlu , hazırda  Rusiya, Ukrayna, Belorus, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, İtaliya, Koreya və s.kimi ölkələrlə əməkdaşlıq edir. Məqsəd Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərməkdir. Veysəloğlu  əməkdaşlıq etdiyi   xarici istehsalçı fabriklər ilə distribütorluq səviyyəsində çalışır.

Şirkəti  düstribütoru olduğu şirkətlərin məhsullarının öncə Bakı şəhərində, az bir müddətdən sonra isə Azərbaycanın bütün bölgələrində satışını təşkil etməyə başlayıb. Bunun nəticəsi olaraq satışını təşkil etdiyi  məhsullara olan tələbatın artması nəticəsində son bir ildə şirkətdə çalışanların sayı 40 % artıb.

Şirkətin  Bakı şəhərində yerləşən  Mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan şəhərində yerləşən filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir şəhərində yerləşən filialı var.

Veysəloğlunun  müasir anbar infrastrukturuna  malik olması və dünyanın 80 -dən çox aparıcı istehsalçılarının  (Türkiyə, Rusiya, Ukrayna, Belorus, Almaniya, Fransa, Macarıstan, Polşa və s. kimi ölkələrin) distribütorluğunu həyata keçirməsi, şirkətin  inkişafına təkan verir.

Şirkət  müştərilərinə keyfiyyətli satış, xidmət göstərmək üçün müasir texnologiyaların uğurlarından  da bacarıqla istifadə edir. Belə ki, bu  sahədə olan  Veysəloğlu  əməkdaşlarının  müştərilərlə  yüksək səviyyədə işini təşkil etmək üçün əl terminalları vasitəsi ilə online olaraq məlumatlar mübadiləsi aparılır. Alınan sifarişlər tez bir zamanda müştərilərə  çatdırılır.

Oncəki  illərdə  yalnız  idxalatla məçğul olan Veysəloğlu şirkəti   2001-ci ildə   istehsal  sahəsi açmaqla  şirniyyat  məhsulları sahəsində olan rəqiblərini  geridə qoyub.  Şirkətin  nəzdində  olan  "Ulduz" fabriki 2001-ci ildə fəaliyyətə başlayıb. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət gətirib. Şirkət  ilk istehsalı  olan "Veqa" şokoladlarını müxtəlif çeşidlərdə yerli bazara təqdim etməyə başlayıb. Məhsullarının tez bir zamanda istehlakçılar tərəfindən bəyənilməsi  və  məhsullara  olan tələbatın artması  Veysəloğlunu  yeni addımlar atmağa sövq edib. Bundan sonra, şirkət   yerli bazara yeni bir ad "Ulduz" şokoladlarını müxtəlif çeşidlərdə təqdim etməklə öz mövqeyini bir qədər də möhkəmləndirib. Keyfiyyətli məhsul, zövqlə qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət  Veysəloğlunun  müştərilərinin  sayının artmasına səbəb olub.

Hazırda Veysəloğlunun tərkibində olan "Ulduz" fabrikinin "Tango" , "Xonça", "Sema" kimi keyfiyyətli şokoladları dünyanın 24 ölkəsinə ixrac olunur. Veysəloğlu şirkəti  3000 insanı işlə təmin etməklə  ölkədəki  işsizlik probleminin həllində də öz rolunu oynayır.

Veysəloğlu  xeyriyyə yardımları ilə də məşğul olur. Şirkət bir sıra tanınmış idmançılara beynəlxalq yarışlarda iştirak etmək üçün yardımlar edib. Həmçinin bəzi  Qarabağ müharibəsi veteranları da Veysəloğluda işlə təmin olunub. Bundan başqa Qarabağ əlillərinə də yardımlar edilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az