Ramazan bayramında 5 gün iş olmayacaq
İki bayram üst-üstə düşür
Ramazan bayramı günləridnə 5 gün iş olmayacaq. İstiPress-in məlumatına görə, bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü üst-üstə düşür. Bununla bağlı olaraq qeyri-iş günlərinin sayı artacaq.
Nazirlər Kabinetinin verdiyi məlumata görə, 26, 27 iyun Ramazan bayramı münasibəti ilə qeyri-iş günüdür. Ayın 26-da həm də Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd ediləcək. 26 iyun tarixində iki bayramın üst-üstə düşdüyü üçün 28 iyun da bayram günü olacaq.
24, 25 iyun tarixləri isə şənbə-bazar olduğundan 5 gün ard-arda qeyri-iş günü olacaq.
Miq.Az