Ramil Usubov rəisi işdən çıxardı
Bahadur Şükürov Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib
Göygöl rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.
Miq.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə şöbəsi rəisi Bahadur Şükürov və şöbənin əməkdaşları - 1 zabit, 2 serjant vəzifələrindən azad olunub.
Bahadur Şükürov 2015-ci ildə Ağsu rayon Polis Şöbəsinin rəisi vəzifəsindən Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib. Hələlik onun yerinə təyinat olmayıb.
Rayon Polis Şöbəsindən məlumat təsdiqlənib.
Miq.az