Rauf Arifoğlu Araz Əlizadəyə söz atdı: “Əlizadə kimi türk və xalq düşməni...”

Rauf Arifoğlu Araz Əlizadəyə söz atdı: “Əlizadə kimi türk və xalq düşməni...”

"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etmək üçün 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Bu dairəni hazırda V çağırış Milli Məclisdə Araz Əlizadə təmsil edir. 35 saylı Xətai 3-cü seçki dairəsinin 2010-2015-ci illərdəki deputatı isə Ümid Partiyasının sədri İqbal Ağazadə olub.

Rauf Arifoğlunun 35 saylı Xətai 3-cü seçki dairəsi uğrunda indiki deputat Araz Əlizadə və eks-deputat İqbal Ağazadə ilə yarışması gərgin mübarizə vəd edir.

Rauf Arifoğlunun deputatlıq yarışında İqbal Ağazadəyə rəqib olmağa qərar verməsi sosial şəbəkələrdə  müzakirələrə yol açıb.

Modern.az-ın məlumatına görə, belə müzakirələrin birinə qoşulan R.Arifoğlunun özünün məsələyə münasibəti belə olub:

"Əsas budur ki, daha Əlizadə kimi türk və xalq düşməni deputat olmayacaq! Mən gəlişimlə ilk öncə, bunu təmin etdim və dairəni o utanc adamın adından qurtardım. Sonrası da çox yaxşı olacaq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az