“Rəfsəncani Heydər Əliyev üçün təyyarə göndərmişdi”

“Rəfsəncani Heydər Əliyev üçün təyyarə göndərmişdi”

Azərbaycan nümayəndə heyəti İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək.

Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə səfirlikdə xatirə kitabının açılması ilə əlaqədar mərasimdə deyib.

Onun sözlərinə görə, Rəfsəncaninin prezidentliyi dövründə Azərbaycanla İran arasındakı münasibətlər çox sürətlə inkişaf edib: "Biz qardaş ölkələrik və çətin günlərində daim bir-birimizin yanında oluruq. Azərbaycanla İran arasındakı münasibətlər daim inkişaf edir”.

Səfir əlavə edib ki, mərhum prezident Dağlıq Qarabağ münaqişəsi zamanı regiona sülh və sabitlik gətirmək üçün səylər göstərib: "Hətta öz şəxsi təyyarəsini Heydər Əliyevi İrana aparmaq üçün yollamışdı ki, birlikdə Azərbaycanı çətin vəziyyətdən çıxarmağın yollarını müzakirə etsinlər. Dağlıq Qarabağ müharibəsi zamanı da cənab Rəfsəncani regionda sülh və barışı bərpa etmək üçün çox səylər göstərdi”.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az