Region QHT-ləri arasında stolüstü oyunlar üzrə yarışlar
Region QHT-ləri arasında stolüstü oyunlar üzrə yarışların keçirilməsi adlı layihənin növbəti mərhələsi Gəncə şəhərində keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Gənclərin Mədəni İnkişafına Dəstək " İctimai Birliyinin icra etdiyi "Region QHT-ləri arasında stolüstü oyunlar üzrə yarışlarının keçirilməsi” adlı layihənin icrasın davam etdirir. Layihənin məqsədi regionlarda fəaliyyət göstərən QHT-lər arasında əlaqələrin qurulması,onlar arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.Layihə Qəbələ, Quba, Gəncə və onları əhatə edən region QHT-ləri arasında keçirilir. Layihə çərçivəsində ilk yarışlar Qəbələ rayonunda keçirilmişdir.
Növbəti yarışlar isə Gəncə şəhəri və onu əhatə edən regionların QHT-ləri arasında şahmat və nərd oyunları üzrə 3 gün müddətində keçirilmişdir.
Məlumat üçün bildirək ki, regionlar üzrə yarışlar yekunlaşdıqdan sonra qalib gələn QHT-lər arasında final mərhələsi Bakı şəhərində təşkil ediləcəkdir.
Miq.az