RenTV-nin əməkdaşı İstanbulda yoxa çıxıb

RenTV-nin əməkdaşı İstanbulda yoxa çıxıb

Rusiyanın RenTV telekanalının əməkdaşı Valentin Truşnin İstanbul hava limanında saxlanılıb. Bu barədə sözügedən telekanalın saytında bildirilir.

Jurnalist Türkiyəyə baş tutmamış dövlət çevrilişi barədə reportaj hazırlamaq üçün ezam olunmuşdu.

RenTV-nin çəkiliş qrupu sərhəddə iyulun 18-i səhər vaxtı saxlanılıb. Valentin Truşnin redaksiyaya saxlanmaları, axtarış aparıldığı və sənədlərinin götürülməsi barədə məlumat ötürməyə imkan tapıb. O vaxtdan bəri 10 saatdır ki, jurnalistlə əlaqə yoxdur.

Telekanal Türkiyədəki Rusiya səfirliyinə, həmçinin Xarici İşlər Nazirliyinə müraciət edib. Diplomatlar Valentin Truşninin yerini müəyyənləşdirməyə çalışırlar.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az