Rəsmi Bakı Rusiya və Qazaxıstanın təklifini rədd etdi

Rəsmi Bakı Rusiya və Qazaxıstanın təklifini rədd etdi
Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsində (Dövlətlərarası Aviasiya Komitəsi 1991-ci ilin dekabrında 12 yeni müstəqil dövlət arasında Mülki aviasiya və hava məkanından istifadə haqqında dövlətlərarası saziş əsasında yaradılıb) araşdırılmasını təklif edilib.

Miq.az apa-ya istinadla xəbər verir ki, Azərbaycan bu təklifdən imtina edib.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Rəsmi Bakı hadisəni beynəlxalq ekspertlər və "Embraer” mütəxəssislərindən ibarət qrupun araşdırılmasını tələb edir.

Azərbaycan hesab edir ki, "qara qutu”ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az