Rəsul Quliyev hakimiyyətə gətirilir?

Rəsul Quliyev hakimiyyətə gətirilir?

Bu gün Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov Azərbaycanı tərk edərək əvvəlcə Moskvaya gedib. Dramaturq daha sonra Fransa və ABŞ-da səfərdə olacaq, bir sıra işgüzar və siyasi görüşlər keçirəcək. Bu onun işgüzar səfəri adlandırılıb.

Ziyalılar Forumundan Vətəninfo.az-a daxil olan məlumata görə, R.İbrahimbəyov eks-spiker R.Quliyevin prezident seçkilərində namizədliyi üzərində dayanmaqdan ötrü bu turneyə çıxıb. Yoxsa işgüzar səfər deyiləndə nə anlama gəlmək olar ki? Özü də məhz Rusiya, Fransa və ABŞ. Xatırladaq ki, R.İbrahimbəyov müsahibələrinin birində Azərbaycanda üçüncü qüvvəyə ehtiyacın olduğunu deyib. Nəticədə üçüncü qüvvə adlandırılan “EL” hərəkatının yarandığı təsdiqlənib. Bəs Ziyalılar Forumunun mayası olan ziyalılarımız üçüncü qüvvəni kimin timsalında görməyi planlaşdırıblar. Etibarlı mənbənin bizə verdiyi məlumata görə, R.İbrahimbəyov Moskvada nüfuz etdiyi hakimiyyət dairələrində R. Quliyevin namizədliyi üzərində danışıqlar aparacaq. Daha sonra Fransaya gedərək fəaliyyəti dayandırılan ABU-nun sabiq rektoru E.Abdullayevlə görüşəcək. Təbii ki, E.Abdullayev R.Quliyevin hakimiyyətə gələ bilməsi üçün pul xərcləməkdən imtina etməyəcək. Birincisi, hər iki şəxs bu hakimiyyətin düşmənidir. İkincisi isə aralarında centlemen sazişi imzalanıb. Daha sonar R.İbrahimbəyov Moskva və Parisdə keçirdiyi görüşlərin yekunu barədə ABŞ-da R.Quliyevi məlumatlandıracaq. O da söylənilir ki, R.İbrahimbəyov Ziyalılar Forumunun digər üzvü Eldar Namazovun planı əsasında hərəkət edir. Bu palnda adları çəkilən hər dörd şəxsin beynəlxalq əlaqələri möhkəm olduğundan digər şəxsin bu məsələyə nüfuz etməsinə imkan verilmir.

Kənan

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az