Rəsul Quliyev kefli olub

Rəsul Quliyev kefli olub

İsgəndər Həmidovdan Rəsul Quliyevə cavab

Açıq Cəmiyyət Partiyası lideri Rəsul Quliyevin “Vətəninfo.az”a verdiyi müsahibə ciddi rezonans doğurmaqdadı. Müsahibəsində AXP liderinin eks Daxili İşlər Naziri İsgəndər Həmidovla bağlı səsləndirdiyi fikirlər isə, ikinci tərəfindən qəzəblə qarşılanıb.  “Gün teleqraf.com”a müsahibəsində İsgəndər Həmidov Rəsul Quliyevlə bağlı  nə lazımdırsa onu deyib. Bizdə “Vətəninfo.az” olaraq müsahibədən bəzi hissələri sizə təqdim edirik.

- Sizin Rəsul Quliyevə münasibətiniz necədir?

- Rəsul Quliyevlə münasibətlərimizdə məsafə olub. Dost və yoldaşlığımız olmayıb. Amma bir-birimizin sözlərini eşitmişik. Bizdən sonrakı hakimiyyətdə təmsil olunandan sonra Rəsul Quliyev başladı “boz qurd”ların ünvanına danışmağa. Mən anlayıram ki, bu da bir siyasət idi və istədiyi qədər danışdı. Amma bu gün Rəsul Quliyev vətəndən uzaqdadır. Mən istərdim ki, vətənə gəlsin.

- Ancaq Rəsul Quliyev sizi ciddi şəkildə tənqid edib...

- Əgər məni tənqid edibsə, səhv edib. Onun məni tənqid etməyə mənəvi haqqı yoxdur.

- Rəsul Quliyev bəyan edir ki, İsgəndər Həmidovun dediyi sözlə əməli arasında ciddi fərq var...

- Bilirsinizmi, Amerikada oturub yekə-yekə danışmaq çox asandır. Mən bu günə qədər nə vəd vermişəmsə, hamısını yerinə yetirmişəm. Dedim siyasətdən gedirəm və dərhal getdim. Rəsul Quliyev vətəndən uzaqdadır və allah etsin ki, vətənə qayıda bilsin. Ancaq mən Rəsul Quliyevdən fərqli olaraq, vətəni qoyub qaçmadım. Getdim bu vətənin həbsxanasında yatdım, amma ölkədən qaçmadım. Rəsul Quliyev də burada qala və vətəndən qaçmaya bilərdi. Ancaq buna cəsarət lazım idi. Bir dəfə bəyanat verdi ki, gəlirəm Azərbaycana. Hamımız gördük ki, Bakıya gəlmədi. Vətənin türməsini də vətən kimi qəbul etmək, havasından dadmaq lazımdır. Gedib Amerikada oturub danışmaq çox asandır.

- Bəs niyə eks-spiker sizi qeyri-ciddi şəxs hesab edir?

- Mən belə başa düşürəm ki, Rəsul Quliyev Amerikada viski içdikdən sonra belə fikirlər səsləndirməyə başlayıb. Əminəm ki, o, müsahibə verəndə ABŞ barlarından birində imiş. O, viski içəndən sonra həmişə belə danışır. Amma ABŞ-da viski içib Azərbaycana qiymət vermək çox asandır. Buyurub gəlib burada zopa yesin və sonra başqalarına qiymət versin. Amma o heç vaxt zopa yeyən oğlanların yanında olmayıb. Bir dəfə guya cəhd elədi ki, Azərbaycana gəlsin və Ukraynada həbs edildi. Biz hamımız bilirdik ki, Ukrayna onu Azərbaycana verəsi deyil. Amma Ukraynada necə şüvən qaldırdısa, səs-sorağı buracan gəlib çıxdı. Bu həmin Rəsul Quliyevdir. Mən dediyimi eləyən biriyəm. Gedib on il həbsxanada yatdım, amma bu ölkədən qaçmadım. İndi bunlar o qədər yalan danışıblar ki, Azərbaycanda artıq yalan həqiqəti üstələmək istəyir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az