Rus dilindən və rusun dilindən imtahan

Rus dilindən və rusun dilindən imtahan

Zahid Oruc

1 dekabrdan başlayaraq Rusiyada yaşayan miqrantlara qarşı tətbiq olunan “dil testi” çoxmilyonlu qastarbayter qəbul edən bu ölkənin həyatında mühüm dəyişikliklər yaradacaq. Söhbət heç də belə böyük məkanda özünə sığınacaq tapan keçmiş sovet xalqlarının təmsilçilərindən getmir.Rusiyanın ticarət və ağır iqtisadi sahələrində uzun illər çalışan “yadellilər”in 

rus dilindən imtahan verməklə təzədən iş yerlərini qazanmağa məcbur olması sosial gərginlik və milli ayrıseçkilik yaradacaqdır.Əlbəttə,əmək bazarının qorunması istəyi başadüşülür.Lakin ildə 13 milyon adamı kənardan gələn bir ölkənin belə bir statistik əminliyi yoxdur ki,bunlardan ən çox hansı millət rus dilini pis bilir? Bu elə də sadə məna daşıyan məsələ deyil. Söhbət təkcə baza anlayışlarının mənimsəmiş insanlardan getmir.

Əgər nəzərə alsaq ki, dil öyrədən cəmi 400 peşəkar mərkəz var,onda adam sayına düşən repetitorları gərək kənardan gətirəsən.O biri tərəfdən, uzun illər bu mühitə adaptasiya olunanların yerini sabah daha islaholunmaz millətlər tutacaq.Bu isə avtomatik olaraq cəmiyyətin həyatında və demoqrafiyasında da özünü göstərəcək. Əgər gözü qıyıq rusların yeni nəsli meydana gəlsə, bunu təəccüblə qarşılamayın.

İqtisadiyyatı miqrantlar hesabına yüz milyardlarla dollar qazanan bir dövlətdə tənbəl ruslarla Afrikanı fəth edən qafqazlıları müqayisə etmək mümkün deyil.Sutkanın 16-18 saatını işləyən bu adamların rus mentallığından nə qədər fərqləndiyini Putin və komandası da yaxşı bilir.Gününün və fiziki qüvvəsinin əsas hissəsini zəhmətə xərcləyən miqrantı yazı masasına əyləşdirmək çətin olacaq.

Üstəlik, başqa xarakterli problemləri də nəzədə saxlamalısan. Britaniyada iki ildir ki,vətəndaşlıq üçün sərtləşdirilən tələblər minlərlə ailənin dağılmasına səbəb olmuşdur.Rus hökuməti nigahsız və başsız ailələrin yükünü çəkməyə hazırdımı?

Kimsə iddia edə bilər ki, Rusiya bununla da qonşu dövlətlərə humanitar və siyasi təzyiq edir.Maraq odur ki,rus məktəbləri bağlanmasın,milli dillə paralel onun tədrisi və ictimai yaşarlılığı təmin olunsun.Lakin inanmaq olmur ki bu vasitə ilə rus dilinin statusunu xaricdə qaldırmaq mümkün olsun.

Düzdür, birmənalı onun tərəfindəyik ki.dillərin mənimsənilməsi hər bir xalqın inkişafına,dünya mədəni və mənəvi irsinə çatmağın ən optimal yoludur.Lakin orası da var ki, rus dilini hətta pis bilən millətlər RUSUN DİLİNİ yaxşı bilirlər



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az