Rus ordusu bu tarixdə təzə “dövlət” yaradacaq

Rus ordusu bu tarixdə təzə “dövlət” yaradacaq

Rusiya qoşunları Donbasdakı hücumdan sonra gücünü qoruya bilsə, iyun-iyul aylarında hərbi əməliyyatların yeni mərhələsinə başlaya bilər.

Miq.Az xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin nümayəndəsi Sergey Raxmanin deyib.

Raxmanin bildirib ki, may ayında ruslar Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmağa çalışacaqlar:

"Ümid edirəm ki, Ukrayna Silahlı Qüvvələri onlara bunu etməyə imkan verməyəcək. Bundan sonra onlar cənubda fəallaşmağı, Xerson vilayətinin sərhədinə getməyi, qondarma "xerson xalq respublikası”nı elan etməyi planlaşdırırlar. Rusların Dnestryanıya çıxmaq üçün Zaporojye, Odessa və Nikolayevə doğru hərəkət etmək planları da var”.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az