Rus ordusu mülkiləri atəşə tutdu: Ölənlər var – Qandonduran görüntülər

Rus ordusu mülkiləri atəşə tutdu: Ölənlər var – Qandonduran görüntülər

Ukraynadakı müharibənin qurbanları yenə dinc sakinlərdir. Rusiyanın Ukraynaya hücumlarında mülki yaşayış məntəqələri də hədəfə alınır.

Miq.Az xəbər verir ki, Rusiyanın Xarkov şəhərində hava hücumunda dinc sakinlər yaralanıb və həyatlarını itirib.

Paytaxt Kiyev də daxil olmaqla, ölkənin hər yerindən partlayış səsləri eşidilməyə başlayıb.

BBC və CNN-nin məlumatına görə, Ukraynanın digər bölgələrində də partlayışlar barədə xəbərlər gəlməyə başlayıb.

BBC-nin müxbirləri Kiyevdə və Donetsk vilayətlərində güclü partlayışlar eşitdiklərini təsdiqləyiblər. Bununla yanaşı, sosial şəbəkələrdə həmçinin şimal-şərqdə Xarkov, cənubda Odessa və şərqdə Donetskdə partlayışların baş verməsi barədə xəbərlər var.

Ukrayna rəsmiləri Rusiyanın işğal əməliyyatının başladığını və partlayışların raket hücumları nəticəsində baş verdiyini açıqlayıb.

Putinin Donbasda xüsusi hərbi əməliyyat qərarından və Kiyevdə partlayış səslərindən sonra paytaxt sakinlərinin bir hissəsi şəhəri tərk etməyə başlayıb.

Bu arada Rusiyanın Ukraynaya hücumundan sonra bölgədən ilk görüntülər gəlməyə başlayıb. Ukraynanın Mariupol şəhərində yaşayış məntəqələri artilleriyadan atəşə tutulub, çox sayda ev vurulub.
 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az