“Rus ordusunun bu açıqlaması yalandır, bu səhər...” – Ukrayna lideri

“Rus ordusunun bu açıqlaması yalandır, bu səhər...” – Ukrayna lideri

"Rusiya qoşunlarının mülki ünvanları hədəfə almadıqları barədə bəyanatları yalandır”.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Genişmiqyaslı müharibənin ikinci səhəri. Saat dörddə Rusiya qüvvələri Ukrayna ərazisinə raket zərbələri endirməkdə davam etdi. Onlar deyirlər ki, mülki hədəflər onlar üçün hədəf deyil, amma yalandır. Hərbçilərlə yanaşı, mülki şəxslər də dünən olduğu kimi eyni dərəcədə hücuma məruz qalırlar”, - Ukrayna prezidenti bildirib.

O qeyd edib ki, bu hücumda məqsəd cəmiyyətə təzyiq göstərməkdir.

Zelenski bunun təkcə Ukrayna hökumətinə deyil, bütün ukraynalılara təzyiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, dünəndən daha çox hiss olunur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az