Rus ordusunun Kiyevə növbəti hücumu – Paytaxt ətrafında döyüş

Rus ordusunun Kiyevə növbəti hücumu – Paytaxt ətrafında döyüş

İngiltərə kəşfiyyatının məlumatına görə, şimal-şərqdən Ukraynanın paytaxtı Kiyevə hücum edən rus qüvvələri dayandırılıb. Qostomeldən şimal-qərbə doğru irəliləyən qüvvələrin hücumu dəf edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunur ki, Kiyevin şimalında şiddətli döyüşlər davam edir.

"Şəhərə şimal-şərqdən girməyə cəhd edən rus qoşunlarının hərəkəti dayandırılıb. Qostomeldən şimal-qərbə doğru irəliləyən qüvvələrin hücumu Ukrayna ordusunun şiddətli müqaviməti ilə dəf edilib. Rusiya qoşunlarının əsas hissəsi şəhərin mərkəzindən 25 kilometrdən uzaq məsafədə dayanır”, - məlumatda bildirilib.

İngiltərə kəşfiyyatı irəliləyişin olmamasına baxmayaraq, Kiyevin Rusiyanın əsas hərbi hədəfi olaraq qaldığını vurğulayıb. Qeyd olunub ki, rus qoşunları yaxın həftələrdə şəhəri mühasirəyə almağa cəhd edəcəklər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az