Rusiya 100 min əsgərlə hücuma hazırlaşır

Rusiya 100 min əsgərlə hücuma hazırlaşır

Ölkələr "İsgəndər"lə vurulacaq

Rusiya NATO-ya qarşı hücuma hazırlaşır. Bu iddianın müəllifi Almaniyanın məşhur "Bild" qəzetidir. İddiaya görə, hücum planında 100 min hərbçinin iştirakından söhbət gedir. 

Qəzet yazır ki, Rusiya sentyabr ayında keçirdiyi "Zapad 2017" təlimində terrorla mübarizədən daha çox NATO və Avropa ölkələrinə hücum planını icra edib. Qərbdən olan kəşfiyyat mənbələrinə əsaslanaraq qələmə alınan məqalədə hücumda 100 min əsgərin iştirakından söhbət gedir. 

Xəbərdə qeyd edilir ki, Rusiyanın dörd ildən bir həyata keçirdiyi "Zapad" təliminin əsas məqsədinin müdafiə və antiterror olduğu açıqlansa da, bu tam doğru deyil. 

Təlimin ssenarisinə görə, bir neçə gün ərzində bəzi dövlətlərin ələ alınması hədəflənir. Daha sonra isə NATO üzvi olan qərb dövlətləri, xüsusilə Almaniya, Polşa, Norveç, Finlandiya, İsveçə ildırım sürətli hərakat təşkil ediləcək.

"Bild" rus ordusunun savaş planlarında NATO-nun hərbi əməliyyatlarla qarşılıq verməsinin də qabağını almağı hədəfləndiyini qeyd edib. İddiaya görə, bu məqsədlə alman və holland donanmalarına aid qurumlar, texnika şimaldan ediləcək hava hücumu ilə vurulacaq. 

Açıqlamalar verən kəşfiyyat idarələrindəki mənbələr Rusiyanın hər hansı savaş vəziyyətində İsveç və Finlandiyanın da tərəfsiz qalmayacaqlarını düşündüyünü deyiblər. Bunun üçün də bu ölkələrə qarşı hücumlar "İsgəndər" kompleksi ilə planlşdırılır. /İstiPress/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az